Pedaqoji Universitetdə Azərbaycanın tanınmış kimyaçı alimləri ilə görüş keçirilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Beynəlxalq kimya ili” çərçivəsində bu ali məktəbin kimya fakültəsinin müəllim və tələbələrinin Azərbaycanın tanınmış kimyaçı alimləri ilə görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev ali məktəbin kimya fakültəsinin fəaliyyətindən danışaraq bildirmişdir ki, fakültənin müəllim və tələbələri respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edir, uğurlar qazanırlar. Eyni zamanda alimlərimizin məqalələri xarici mətbuatda dərc edilir. V.Əliyev qeyd etmişdir ki, görüşdə məqsəd gənclərdə kimya elminə marağı artırmaq, yüksək ixtisaslı kadrlar yetişdirməkdir.
Akademiklər Nadir Seyidov, Məhərrəm Məmmədyarov, Ağadadaş Əliyev və AMEA-nın müxbir üzvü Vaqif Abbasov kimya elmi barədə məlumat vermiş, 2011-ci ilin YUNESKO tərəfindən “Beynəlxalq kimya ili” elan edilməsinin əhəmiyyətindən danışmışlar.
Natiqlər Azərbaycanda kimya sənayesinin inkişafından, bu sahədə qazanılan uğurlardan danışmışlar.
Sonda alimlər sualları cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]