Pedaqoji Universitetinin nümayəndələri şəhid ailəsini ziyarət ediblər
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubu və Tarix klubunun idarə heyəti üzvləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əbülhəsən Eyvazovun ailəsini ziyarət ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şəhidin atası Balaş Eyvazov Əbülhəsənin həyatından, keçdiyi şərəfli döyüş yolundan bəhs edib, şəhid haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.
ADPU TGT nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun xatirə lövhəsini və adına yaradılmış bulağı ziyarət ediblər.