PEKİN OLİMPİADASININ ON BEŞİNCİ GÜNÜ
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Pekin Olimpiadasında Azərbaycan bədii gimnastika üzrə yarışlarda təmsil olunurdu.
Əvvəlki gün təsnifat yarışlarını uğurla başa vurmuş Aliyə Qarayeva finalda çıxış etmişdir. Gimnastımızın yerli və azərbaycanlı azarkeşlərin dəstəyi ilə müşayiət olunan dörd çıxışı kompozisiyaların mürəkkəbliyi ilə seçilirdi. Lakin Aliyə hərəkətləri həmişə dəqiq yerinə yetirə bilmədi. Nəticədə idmançımız 69,675 bal toplayaraq altıncı yerə çıxdı. Bunu Azərbaycan gimnastika məktəbinin uğuru hesab etmək olar.
Ölkəmizi Olimpiadada ilk dəfə təmsil edən Azərbaycanın qrup komandası da finala çıxmışdır. Final yarışları avqustun 24-də keçiriləcəkdir.
Xatırladaq ki, Olimpiadanın 15 günü ərzində idmançılarımız bir qızıl, iki gümüş, dörd bürünc medal qazanmışlar. Bu nəticə ilə ölkəmiz 38-ci yerdədir. Birinci yeri Çin, ikinci yeri ABŞ komandaları tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]