Azərbaycan Dövlət İnformasiya Agentliyi

PEKİNƏ VƏSİQƏ QAZANMAQLA AZƏRBAYCANIN İDMAN TARİXİNƏ YENİ BİR SƏHİFƏ YAZACAĞIQ

Bu sözləri Azərbaycan Otüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov aprelin 12-dən 20-dək Bakıda qadınlardan ibarət otüstü xokkey komandaları arasında keçirilən beynəlxalq turnirlə bağlı AZƏRTAC-a müsahibəsində bildirmişdir. 2008-ci il Pekin Yay Olimpiadasına lisenziya xarakterli bu turnirdə 6 ölkənin - Azərbaycan, Ukrayna, Belarus, İspaniya, Keniya və Çilinin milli komandaları mübarizə aparacaqlar.

- Bakıda növbəti beynəlxalq turnir keçirilir. Azərbaycan millisinin turnirə hazırlığı barədə nə deyərdiniz?

- Əvvəlcə bu cür mötəbər yarışın Bakıda keçirilməsinə etimad göstərdiyinə görə Beynəlxalq Xokkey Federasiyasına, xüsusilə prezident Els van Breda Vriesmana minnətdarlığımı bildirmək istəyirəm.

Son 4 ildə qadın otüstü xokkeyçilərin 4 beynəlxalq turnirinə ev sahibliyi etmişik və təşkilatçılıq sahəsində müəyyən təcrübəyə malikik. Dünya və Avropa federasiyalarının rəsmiləri Bakıda yarışların yüksək səviyyədə təşkilini dəfələrlə vurğulamışlar. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin idmana qayğısı nəticəsində mümkün olmuşdur.

Bu gün idmanın bir çox sahələrində, o cümlədən kollektiv növlərində, xüsusilə də otüstü xokkeyin inkişafında mühüm irəliləyişlər vardır. Qadın xokkeyçilərdən ibarət milli komandamız Avropanın 8 ən güclüsü sırasına çıxmış və ayrı-ayrı turnirlərdə əldə etdiyi nəticələr sayəsində dünya reytinq cədvəlində 15-ci yerdə qərarlaşmışdır. Bütün bu uğurlar nəticəsində qadın xokkeyçilərimiz planetimizin 12 ən güclü milli komandası sırasında Pekin Yay Olimpiya Oyunlarda iştirak etmək iddiasındadırlar.

Komandamızın bu məsul yarışa ciddi hazırlaşması üçün Gənclər və İdman Nazirliyi, habelə MOK-la birgə bütün mövcud imkanlardan istifadə etmişik.

Ötən ilin sentyabrından xokkeyçilərimiz Bakıda məşqlərə başlamışlar. Dekabr ayında Hindistanda təlim-məşq toplanışı zamanı Malayziya, İtaliya və Hindistan yığmaları ilə, bir ay sonra isə Omanın Masqad şəhərində Hollandiya, Hindistan və Oman xokkeyçiləri ilə sınaq oyunları keçirilmişdir. Bu il martın 20-dən Malayziya və İtaliya komandaları Bakıya gələrək, xokkeyçilərimizlə daha bir neçə yoxlama oyunlarında iştirak etmişlər. Bütün bunların komandamızın oyun təcrübəsinin artmasına müsbət təsiri şübhəsizdir.

O ki qaldı, turnirin təşkilati məsələlərinə, zənnimcə, hazırlıq işləri yüksək səviyyədədir. Turnirlə bağlı yaradılan təşkilat komitəsi komanda üzvlərinin, tamaşaçıların, rəsmi qonaqların əhval-ruhiyyəsinin yüksək olması üçün bütün lazımi tədbirləri görmüşdür. Otüstü xokkey kompleksində təmir-bərpa işləri aparılmış, lazımı avadanlıq alınmışdır. Bir sözlə, Bakı turniri yüksək səviyyədə keçiriləcəkdir.

- Bu turnirin idmanımız üçün əhəmiyyəti böyükdür. İlk dəfədir ki, Azərbaycanın Olimpiya oyunlarında idmanın komanda növü üzrə lisenziya qazanmaq üçün yaxşı şansı vardır. İdmançı qızlarımızın qarşısında hansı vəzifələri qoymusunuz?

- Birmənalı olaraq qeyd etmək istəyirəm ki, 2001-ci ildən - bu federasiyaya rəhbərlik edəndən istəyimiz xokkeyçilərimizin dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya oyunlarında uğurlu çıxış etmələri olmuşdur. Bu gün qadınlardan ibarət milli komandamız bu vəzifənin öhdəsindən gəlməyə çox yaxındır. Yəqin ki, yadınızdadır, 2005-ci ildə qadın xokkeyçilərdən təşkil olunan “Atasport” klubu Hollandiyada Avropa Çempionlar Kuboku yarışlarında güclülər dəstəsində debütünü finala çıxmaqla qeyd etmişdir. O zaman həlledici oyunda yerli “Hertogenboş” komandasına uduzan xokkeyçilərimiz gümüş medala sahib olmuşlar. Bu nəticəni isə ölkəmizin komandalı idman növlərindən heç biri göstərə bilməyib. Elə bu dəfə də Pekin Olimpiadasına vəsiqə qazanmaqla Azərbaycanın idman tarixinə yeni səhifə yazmaq fikrindəyik. Ümidvaram ki, yüksək hazırlığın müqabilində bu arzularımız reallaşacaqdır. Bu, bizim oyunçuların təxirəsalınmaz vəzifəsidir.

- Komandamızın heyəti ilə bağlı problemlər varmı? Hansı ölkələrin yığma komandalarını Pekin Olimpiadasına lisenziya uğrunda mübarizədə xokkeyçi qızlarımızın əsas rəqibləri sayırsınız?

- Əlbəttə, turnirə hazırlıq mərhələsində komandamızın üzvləri ilə daha sıx ünsiyyətdə olduğumuzdan deyə bilərəm ki, ciddi problem yoxdur. O ki qaldı, turnirdəki əsas rəqibimizə, Bakıya gələn komandaların hər birinin iddiası, arzusu vardır. Hər bir komanda Pekin Yay Olimpiya Oyunlarında iştirak etmək niyyətindədir. İspaniya xokkeyçiləri dünya reytinq cədvəlində 5-ci yeri tutduğuna görə digərlərindən fərqlənirlər. Amma ötən il İngiltərənin Mançester şəhərində keçirilən Avropa çempionatında bizim xokkeyçilər ispanlarla oyunda 2:0 hesabı ilə irəlidə olsalar da, sonradan arxayınçılıq üzündən rəqib komandanın hesabı bərabərləşdirməsinə imkan vermişlər. İnanıram ki, həmin qüsur bu dəfə təkrarlanmayacaqdır.

- Belə beynəlxalq yarışların keçirilməsi digər vacib məqsədə - Azərbaycanı, onun nailiyyətlərini təbliğ etmək məqsədinə də xidmət edir. Qonaqlarımızı hansı mədəni proqram gözləyir?

- Bu cür yarışlarda, adətən, iştirakçılar və rəsmi qonaqlar turnirin keçirildiyi ölkə və şəhər barədə hərtərəfli məlumat toplamağa çalışırlar. Odur ki, biz də İçərişəhər, Qız qalası, eləcə də son illər daha da gözəlləşən Bakımızın bir çox görməli yerlərinə gəzintilər planlaşdırmışıq. Bu kütləvi-mədəni tədbirləri turnir zamanı nəzərdə tutulan 3 istirahət günündə həyata keçirəcəyik. Əcnəbi qonaqlarımıza Azərbaycan həqiqətlərini çatdırmağa çalışacağıq.

- Siz həm də Güləş Federasiyasının prezidentisiniz. Finlandiyada başa çatmış Avropa çempionatında idmançılarımızın nəticələrindən razısınızmı?

-Başqa illər olsaydı razı qalardım. Amma Olimpiya ili olduğuna görə pəhləvanlarımızın daha bir neçə lisenziya qazanmalarına ümid bəsləyirdim. Eyni zamanda, iki Avropa çempionumuzun olması, 1 gümüş və 4 bürünc mükafatın qazanılması böyük nəticədir. Elə buna görə də yarışdan sonra fərqlənən idmançılarla görüşüb onları təbrik etdik və uğurlu çıxışlarının müqabilində Federasiyamız adından mükafatlandırdıq. Qarşıda güləşçilərimizin daha 2 lisenziya turniri vardır və əminəm ki, Pekinə gedəcək pəhləvanların sayı daha çox olacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO