Pərakəndə ticarət şəbəkəsində 16,6 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
2021-ci il oktyabrın 1-i vəziyyətinə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 336,8 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 24,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]