Plzendə məşhur səyyah Miroslav Zikmunda həsr edilmiş fotosərgi açılıb
Praqa, 18 fevral, AZƏRTAC
Plzendə “Zikmund-100” layihəsi çərçivəsində hazırlanmış fotosərgidə məşhur çexoslovakiyalı səyyah Miroslav Zikmundun olduğu yerlərin fotoları təqdim edilir.
AZƏRTAC xəbər verir ki, fotosərgi bu yaxınlarda 100 illik yubileyini qeyd edən səyyah və yazıçı, Plzendə doğulmuş Miroslav Zikmunda həsr olunub.
Digər iki səyyah - Soxa və Vaneurek də Zikmundun marşrutunu keçərək kumirlərinin 1959-1964-cü illərdə səyahət etdiyi Yaxın Şərq, Hindistan, Nepal, Sumatra və Yaponiyada, həmçinin SSRİ-nin şərq hissəsində olublar. Yubilyarın davamçıları təxminən 130 min kilometr yol qət edərək 32 ölkəni gəziblər. Təqdim olunan fotoşəkillərdə məşhur səyyahın azı yarım əsr bundan əvvəl obyektivinə tuş gələn yerlər təsvir edilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa