Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polad Bülbüloğlu: Dağlıq Qarabağ dünyanın çiçəklənən diyarına çevriləcək

Polad Bülbüloğlu: Dağlıq Qarabağ dünyanın çiçəklənən diyarına çevriləcək

Bakı, 30 dekabr, AZƏRTAC

Moskvanın vasitəçiliyi ilə Bakı və Yerevan tərəfindən Dağlıq Qarabağda atəşkəs barədə saziş imzalanması başa çatmaqda olan ildə beynəlxalq aləmdə baş vermiş mühüm hadisələrdən olub. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “RİA-Novosti”nin müxbiri Yelena Protopopovaya müsahibəsində üç ölkənin liderləri tərəfindən imzalanmış sənədin müddəalarına necə riayət edilməsi, rusiyalı sülhməramlıların Dağlıq Qarabağda missiyası və hərbi əməliyyatlar başa çatandan sonra regionda bərpa işlərinin necə keçiriləcəyi barədə sualları cavablandırıb. Azərbaycanın Rusiyadakı diplomatik missiyasının rəhbəri koronavirus pandemiyası fonunda ticarət və iqtisadiyyat sahəsində Bakı ilə Moskvanın əməkdaşlığının yekunlarını şərh edib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Koronavirus pandemiyası Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığına, o cümlədən iki ölkənin birgə layihələrinə necə təsir göstərib?

-Bu gün biz cari ilin başa çatması ərəfəsində söhbət edirik və ikitərəfli uğurlu ticari-iqtisadi fəaliyyətin konturlarını artıq dəqiq göstərə bilərik. Əlbəttə, başa çatmaqda olan il bütün dünya dövlətlərinin davamlı iqtisadi inkişafı üçün epidemioloji vəziyyətlə əlaqədar yaranmış təhdidlərlə yadda qalacaq.

2020-ci ilin bütün çətinliklərinə və təhdidlərinə baxmayaraq, hər iki dövlətin xalqlarının mənafeyi naminə ölkələrimizin uğurlu əməkdaşlığının inkişafı davam edir. Bu da aydındır, çünki Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin təməlini ölkələrimizin liderlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri təşkil edir. Məhz onların siyasi iradəsi qarşılıqlı faydalı əlaqələrin daim genişlənməsinə təkan verir, buna görə də qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi mümkün olur.

Ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Təbii ki, pandemiya ilə əlaqədar məcburi korrektivlər ölkələrimiz arasında mövcud olan intensiv siyasi və iqtisadi dialoqun sayəsində ticari-iqtisadi əməkdaşlığın çox geniş gündəliyinə o qədər də güclü təsir etməyib.

Burada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rolunu, iki ölkənin parlamentləri, səfirlikləri və ticarət nümayəndəlikləri səviyyəsində aparılan işi xüsusi qeyd etmək lazımdır. Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova sentyabr ayında Rusiyaya səfərinin gedişində bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib. Bir neçə gün bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyəti Moskvaya səfər edib. Həmin səfərin gedişində hökumətlərarası komissiyanın səlahiyyətlərinə aid olan məsələlərin geniş spektri müzakirə edilib.

-Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Qarabağa dair birgə bəyanatın icrası necə gedir?

-Məlum üçtərəfli bəyanatın imzalanmasından 50 gün keçib. Artıq nəticələr görünür. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarəti altına keçib və ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa olunub. Regionda sülhməramlı kontingent yerləşdirilib, atəşkəsə nəzarət üzrə birgə Rusiya-Türkiyə sülhyaratma mərkəzinin tikintisi başa çatmaq üzrədir, bəyanatın bütün bəndlərinin reallaşdırılması üzrə iş aparılır, buraya məcburi köçkünlərin öz torpaqlarına qayıtması, regionda iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyaları tikintisinin təmin edilməsi məsələləri daxildir. Bunlar məcmu halda kifayət qədər əməktutumlu və uzunmüddətli prosesdir.

Onu da unutmaq lazım deyil ki, bütün bunlar 44 günlük Vətən müharibəsi sayəsində mümkün olub, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizim müzəffər ordumuz Azərbaycan torpaqlarının 30 ildən çox davam etmiş işğalına son qoyub. Ədalət zəfər çalıb və mən əminəm ki, yaxın gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ regionu dünyanın ən çiçəklənən diyarlarından birinə çevriləcək. Prezident başda olmaqla Azərbaycan Qarabağın mümkün qədər tezliklə dirçəldilməsi üçün nə lazımdırsa edəcək.

-Siz Rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətini necə qiymətləndirirsiniz?

-Mənim fikrimcə, “sülhməramlı” adının özü regiondakı kontingentin üzərinə müəyyən öhdəliklər qoyur. Qeyd etdiyim kimi, bu region otuz ilə yaxın müddətdə hərbi əməliyyatlar meydanı olub. Üçtərəfli bəyanata müvafiq olaraq bu gün rusiyalı sülhməramlılar onların qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün məsuliyyət daşıyırlar, bu məsələlərdən ən əhəmiyyətlisi bölgədə sülhün və sabitliyin qorunub saxlanmasıdır. Bundan əlavə, humanitar məsələlər həll olunur, həlak olanların cəsədləri mübadilə edilir, infrastrukturun bərpası və məcburi köçkünlərin könüllü surətdə qayıtması üçün zəruri şərait yaradılması istiqamətində iş aparılır. Dekabrın 14-də rusiyalı sülhməramlıların birbaşa vasitəçiliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ciddi dəqiqləşdirmələrdən sonra “hamının hamıya” prinsipi əsasında əsirlərin dəyişdirilməsi həyata keçirilib. Yeri gəlmişkən, Azərbaycan tərəfi hələ erkən mərhələlərdə oxşar humanitar təşəbbüs irəli sürmüşdü.

Təəssüflə qeyd etməliyəm ki, bəzi silahlı qruplaşmalar hələ də qisas almaq ümidi ilə yaşayır, bu da heç şübhəsiz, vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır və adekvat cavab tədbirləri görülməsini zəruri edir. Məsələn, dekabrın 10-da Xocavənd rayonunun kəndlərində yaranmış vəziyyət rusiyalı sülhməramlıların fəal iştirakı ilə Azərbaycan tərəfi ilə əlaqəli şəkildə nəzarətə götürülüb. Dekabrın 27-də erməni silahlı qüvvələrinin kisik bir dəstəsi Xocavənd rayonunun Ağdam kəndi istiqamətinsə Azərbaycan ordusunun bölmələrinə hücum edib. Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub, daha bir hərbi qulluqçu yaralanıb. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin qeyri-qanuni silahlı qruplaşmasının altı üzvü məhv edilib. Lakin ümumiyyətlə atəşkəs rejiminə riayət edilir, mən əminəm ki, belə hallar təkrarlanmayacaq və qeyd edilən bəyanatın danışıqsız yerinə yetirilməsinə mane ola bilməyəcək.

Qarabağ münaqişəsinə nöqtə qoyulub! Bunu bütün “dəliqanlılar” başa düşməli və qəbul etməlidirlər. Onlar bunu nə qədər tez anlasalar, bütün region üçün bir o qədər faydalı olar. İndi yeni imkanlar pəncərəsi açılıb. İqtisadi və nəqliyyat baxımından təklif edilmiş inkişaf planlarının alternativi yoxdur və bunu başa düşmək lazımdır.

-10 noyabr tarixli birgə bəyanata müvafiq olaraq Azərbaycanın nəzarəti altına keçmiş ərazilərin məskunlaşdırılması prosesi necə gedir?

-Mən burada “Azərbaycanın nəzarəti altına keçmiş” ifadəsi əvəzinə “Azərbaycanın nəzarəti altına qaytarılmış” ifadəsini işlədər və “məskunlaşdırma” ifadəsindən imtina edərdim. İşğal edilmiş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmələrdən sonra azərbaycanlılar öz evlərindən qovulmuşdu. İndi onlar öz evlərinə qayıdırlar. Məlum olduğu kimi, birgə bəyanata əsasən bu proses BMT-nin qaçqınlar üzrə Ali komissarının idarəsinin nəzarəti altında həyata keçirilməlidir.

Nədənsə hamı “utancaqcasına” susur ki, yuxarıda adları çəkilən bütün ərazilər mahiyyət etibarilə “yandırılmış torpaq” vəziyyətindədir, burada bütün infrastruktur tamamilə məhv edilib, Azərbaycanın mədəni və tarixi irsindən əsər-əlamət qalmayıb. Bütöv şəhərlər, qəsəbələr, kəndlər tamamilə dağıdılıb.

Azərbaycan bizim şəhərlərin bərpası və yol çəkilişi prosesini artıq başlayıb. Bu tikinti təzədən planlaşdırmalıdır, bundan əlavə böyük ərazilər minalardan təmizlənməlidir, bu da mürəkkəb prosesdir. Azərbaycan dövləti bu məqsədlər üçün bir milyard ABŞ dollarından artıq vəsait ayırıb. Təcrübəli xarici şirkətlər də bu prosesdə iştirak üçün dəvət olunub.

-Ali səviyyədə hansı ikitərəfli əlaqələr nəzərdə tutulur?

-Sizi əmin edə bilərəm ki, Rusiya və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərləri və əlaqələri daimi xarakter daşıyır, bu məsələlər həmişə aktualdır və ikitərəfli gündəliyə əsasən zərurət nəzərə alınmaqla reallaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib