Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində üç kiloqramdan çox narkotik maddə götürülmüşdür
Bakı, 16 may (AZƏRTAC). Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində üç kiloqramdan çox narkotik maddə götürülmüşdür.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat vermişlər.
Məlumatda bildirilir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Sultanovun idarə etdiyi “Opel” markalı avtomaşından 2 kiloqram 100 qram həşiş aşkar edilərək götürülmüşdür.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 5 qram heroin aşkar edilmişdir. R.Əliyevin avtomaşınında olan sərnişin Seyhun Mirzəyevdən isə 0,005 qram heroin götürülmüşdür.
Faktlarla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]