Politoloq: Fransanın siyasətinə böyük etimadsızlıq yaranıb
Paris, 12 fevral, AZƏRTAC
Fransızların siyasətə inamsızlığı əvvəllər heç vaxt görünməmiş səviyyədə aşağıdır. Onların yalnız 26 faizi siyasətə güvəndiyini deyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Siyasi Elmlər İnstitutunun Siyasi Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilib.
Mərkəzin tədqiqatçısı, politoloq Brüno Kotres “France Inter” radiosuna deyib ki, fransızların yalnız 26 faizi siyasətə güvəndiyi halda, Almaniyada bu göstərici 47, İtaliyada isə 39 faiz təşkil edir. “Bu, Fransanın özəlliyidir. Bu gün Fransa gələcəyə, özünə, ictimai fəaliyyətə, siyasətə inam baxımından həqiqətən də sonuncu yerdədir. Fransa siyasətinə olan bu etimadsızlıq indiyə qədər görünməmiş səviyyəyə çatıb. İnsanlar siyasətdən üz çevirməyə qərar veriblər. Bugünkü fransız siyasəti səriştəsizdir və problemləri həll etməkdə aciz görünür”, - deyə o vurğulayıb.
Politoloq onu da bildirib ki, göstəricilər siyasi xadimlər üçün də ürəkaçan deyil. Belə ki, fransızların cəmi 27 faizi Baş nazir Fransua Bayruya etibar edir.
Brüno Kotresin sözlərinə görə, fransızların siyasətə inamsızlığının səbəblərini tapmaq üçün bir daha ölkədə baş vermiş "sarı jiletlilər" böhranına nəzər yetirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]