Polşa İkinci Dünya müharibəsində itirilmiş əmlaka görə kompensasiya ödəməyəcək
Varşava, 6 may, AZƏRTAC
Polşa hökuməti İkinci Dünya müharibəsində əmlakını itirmiş şəxslərə kompensasiya ödəməyəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetskiy Pultusk şəhərində iştirak etdiyi tədbirdə bildirib.
Baş nazirin sözlərinə görə, onun xalqı da müharibədən ciddi əziyyət çəkib və heç vaxt bunun əvəzini tələb etməyib. Hazırda itirdikləri əmlaka görə kompensasiya tələb edən digər xalqların da buna ixtiyarı yoxdur.
M.Moravetskiy bu barədə şəxsi “Twitter” səhifəsində də yazıb. Polşa hökuməti müharibə zamanı xəsarət almış bütün tarixi abidələri bərpa edib və etməkdədir. Lakin bu proses insanların şəxsi əmlakına şamil edilməməlidir.
İkinci Dünya müharibəsində 3 milyon Polşa yəhudisi və 1,8 milyon polyak həyatını itirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]