POLŞA RUSİYANIN AVROPA İTTİFAQI İLƏ DANIŞIQLARINDAN VETONU GÖTÜRMƏK NİYYƏTİNDƏ DEYİL
Aİ ölkələri səfirlərinin yığıncağında diplomatik dairələrdəki mənbələr radiostansiyaya bildirmişlər ki, rəsmi Varşavanın bu məsələdə mövqeyi dəyişməz qalır: Rusiya ölkəyə Polşadan ət idxalı üzərindən qadağanı götürməyincə, Moskvanın Brüssellə danışıqlarından veto qaldırılmayacaqdır. Bundan başqa, Polşa hökuməti çalışır ki, Rusiya öz enerji bazarını Avropa sərmayədarları üçün açsın.
Rusiya informasiya agentlikləri Polşa XİN-in başçısı Anna Fotıqaya istinadla xəbər vermişlər ki, əgər Moskva Aİ ilə sazişə dair danışıqlara başlanıldığı andan 50 gün ərzində Polşadan ət idxalına qadağanı götürərsə, Varşava vetodan imtina etməyə hazır olacaqdır.
Avropa İttifaqında sədrlik edən Finlandiyanın rəhbərliyi Rusiya-Aİ danışıqları mövzusunun gələn həftə Polşa ilə müzakirəsinə qayıtmaq niyyətindədir.
Xatırladaq ki, 2006-cı ildə Rusiya Polşadan ölkə ərazisinə ət gətirilməsini qadağan etmişdir. Bunun cavabında Varşava Helsinkidə Rusiya-Aİ sammiti ərəfəsində yeni Rusiya-Avropa İttifaqı sazişi bağlanması haqqında danışıqlara veto qoymuşdur.
İndiki RF-Aİ sazişinin müddəti gələn ilin axırında bitir.