Portuqaliyanın “Benfika” klubunun hüquqşünası korrupsiya maddəsi ilə həbs olunub
Lissabon, 7 mart, AZƏRTAC
Portuqaliyanın “Benfika” klubunun hüquqşünası Paulo Qonsalvis korrupsiya maddəsi ilə həbs olunub. Ona qarşı irəli sürülən iddialar arasında əsas diqqətçəkən məqam məhkəmə məmurlarının pulla satın alınması və qərarlara təsir etməkdir.
AZƏRTAC xəbər verir ki, Portuqaliya maliyyə polisinin rəsmi açıqlamasına görə, 6 aydır aparılan araşdırmalarda həbs olunan şəxsin məhkəmə proseslərinin məxfi nəticələrinə giriş əldə etdiyi məlum olub. “Benfika” klubunun hüquqşünası əldə etdiyi informasiyaları rəhbərliyinə verirmiş.
Eyni anda digər iki məhkəmə icraçısı da həbs olunub. Onların evlərində və ofislərində axtarışlar davam etdirilir.
“Benfika” klubunun rəsmiləri bildiriblər ki, hökumət orqanları ilə əməkdaşlıq etməkdə maraqlıdırlar və əllərindən gələn köməyi əsirgəməyəcəklər. Lakin həbs olunan əməkdaşlarının günahsız olmasında da israrlıdırlar.
Bu qalmaqal nəticəsində ölkə üzrə bütün böyük klublarda yoxlamalara başlanılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Portuqaliya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [19:10]
Skott Bessent: ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur
- 15.09.2026 [18:19]
Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb
- 15.09.2026 [18:00]
Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var
- 15.09.2026 [17:33]
ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib
- 15.09.2026 [16:16]