“POTENSİAL” KİÇİK BİZNESİN TƏŞKİLİNƏ KÖMƏK EDİR
Birliyin sədri Sahib Fərziliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, 1998-ci ildə yaradılmış bu müstəqil qeyri-hökumət təşkilatı beynəlxalq humanitar qurumlarla bir sıra layihələr reallaşdırmışdır. 2003-cü ilin noyabrından başlayaraq həftədə üç dəfə “Kiçik biznesin təşkili və idarə edilməsi” mövzusunda məşğələlər keçirilir. Məşğələlərdə məcburi köçkün icmalarının fəalları sırasından seçilmiş 34 dinləyici iştirak edir. Bu layihə “Şəhər icmalarının inkişaf proqramı” çərçivəsində ABŞ-ın “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatı ilə birlikdə həyata keçirilmişdir. Dinləyicilərin təlimi və hazırlığı prosesində istifadə olunan metodik materiallar kitabın əsasını təşkil edir.
Kitabın müəllifləri – Albert Tağıyev, Akif Ağayev, Fərhad Şivəxanov biznesin təşkili və idarə olunması üzrə bütün sahələri əhatə edən 48 mövzu hazırlamışlar.
“Dünyaya baxış” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəsi Rober Strouk, OXFAM (Böyük Britaniya) beynəlxalq təşkilatının nümayəndəsi Leyla Kərimli və başqaları mərasimdə çıxış edərək, kitabın praktiki əhəmiyyətindən danışmışlar.
Sonda 34 dinləyiciyə kiçik biznesin təşkili və idarə olunmasına dair sertifikatlar və yeni kitabın nüsxələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]