PREZİDENT A.KVASNEVSKİ İRAQDAKI POLŞA KONTİNGENTİNƏ BAŞ ÇƏKMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, bazar ertəsi Polşa Prezidenti Aleksandr Kvasnevski öz ölkəsinin İraqdakı kontingentinin yerləşdiyi rayona qısamüddətli səfər etmişdir. Dövlət başçısı Bağdadın 120 kilometrliyində yerləşən Əl-Hillə şəhərində polşalı hərbi qulluqçularla görüşmüş, onların vəziyyəti və əhval-ruhiyyəsi ilə tanış olmuşdur. O, həmyerlilərinin döyüş hazırlığı səviyyəsini yüksək qiymətləndirmişdir.
Xatırladaq ki, Polşanın komandanlıq etdiyi 9,5 minlik çoxmillətli hərbi qüvvələr İraqın cənub və mərkəzi bölgələrində yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]