Prezident Bayden öz reytinqinin rekord dərəcədə aşağı düşməsinə münasibət bildirib
Vaşinqton, 1 noyabr, AZƏRTAC
Co Bayden bildirib ki, Ağ evin rəhbəri vəzifəsində öz reytinqi onu narahat etmir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin sözlərinə görə, ictimai rəy sorğularında statistika artıb-azala bilər.
O vurğulayıb ki, Amerikanın digər prezidentləri də buna oxşar vəziyyətlə üzləşiblər. Prezident qeyd edib ki, bu vəzifəyə seçilərkən verdiyi vədləri ABŞ Prezidenti kimi yerinə yetirə biləcəyinə əmin olub.
Bir qədər əvvəl xəbər verildiyi kimi, Co Baydenin Ağ evin rəhbəri vəzifəsində ilk 9 ay ərzində reytinqi əvvəlki prezidentlərlə müqayisədə sürətlə aşağı düşüb. Bu, əsas etibarilə ABŞ qoşunlarının Əfqanıstandan xaotik şəkildə çıxarılması və koronavirusa qarşı səmərəli mübarizə aparıla bilməməsi ilə bağlıdır.
Amerikadakı Gallup sosioloji institutu sentyabrın ortalarında rəy sorğusu keçirmişdi. Həmin sorğu nəticəsində məlum oldu ki, amerikalıların 53 faizi Baydenin ABŞ Prezidenti vəzifəsində işini bəyənmir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]