Prezident İlham Əliyev: Azərbaycan ilə Malayziya arasında əlaqələrin inkişaf dinamikası bizi sevindirir
Bakı, 5 aprel, AZƏRTAC
Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Malayziyanın Ali Başçısına ünvanladığı məktubda yer alıb.
Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığının vurğulandığı məktubda deyilir: “Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [11:09]
Milli Məclisin növbəti plenar iclası keçirilir
- 30.10.2026 [10:32]
Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
- 30.10.2026 [10:04]
Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA
- 30.10.2026 [07:01]
Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO
- 29.10.2026 [21:33]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
Sumqayıtda avtomobil yanıb
- 29.10.2026 [23:48]
Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb
- 29.10.2026 [23:25]
Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb
- 29.10.2026 [23:09]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [21:33]