PREZİDENT İLHAM ƏLİYEV SOROS FONDUNUN RƏHBƏRİNİ QƏBUL ETMİŞDİR
Söhbət zamanı Fondun Azərbaycanda həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılmış, keçid dövründə həmin layihələrin əhəmiyyəti vurğulanmışdır.
Prezident İlham Əliyev Azərbaycanda aparılan demokratik, iqtisadi islahatlar haqqında söhbət açmış, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına mənfi təsirindən danışmışdır.
Corc Soros demişdir ki, Xəzərin karbohidrogen yataqlarının işlənilməsindən əldə olunan gəlirin Azərbaycan əhalisinin yaşayışının yüksəldilməsinə yönəldəcək Neft Fondunun yaradılması və onun şəffaf şəkildə idarə edilməsi çox müsbət haldır. O ümidvar olduğunu bildirmişdir ki, Azərbaycanda aparılan siyasi, sosial-iqtisadi islahatların sürəti ləngiməyəcəkdir.