Prezident: “Rebuild Karabakh” sərgisinin əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur
Bakı, 14 oktyabr, AZƏRTAC
“Rebuild Karabakh” sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində yer alıb.
Azərbaycan Prezidenti qeyd edib ki, sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:08]