Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ AĞSUDA QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIR, ƏHALİNİN RİFAH HALI YÜKSƏLİR

AZƏRTAC xəbər verir ki, bu gün Ağsu ictimaiyyəti qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşır, demokratiya və şəffaflıq şəraitində öz konstitusiya hüququndan istifadə edəcəyi günü səbirsizliklə gözləyir. Mühüm siyasi kampaniya ərəfəsində Azərbaycanın hər yerində olduğu kimi, Ağsuda da heç zaman görünməyən bir inkişaf qeydə alınır.

Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyir ki, indi təkcə Ağsuda deyil, ümumiyyətlə, respublikanın hər yerində qazanılan nailiyyətlər Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili siyasətin nəticəsidir. Bu siyasət əhalinin rifah halının yüksəlməsinə təminat verir. Məsələn, rayon üzrə adambaşına düşən gəlir bu ilin birinci yarısında 2003-cü ildəki 33 manatdan 112 manata çatmışdır. Dövlətin qayğısı ağsuluların qurub-yaratmaq həvəsini birəbeş artırmışdır. Hazırda təkcə rayon mərkəzində onlarla yerdə tikinti, təmir, bərpa, yenidənqurma, abadlıq işləri gedir. Bu işlərin geniş miqyas almasında rayon büdcəsinin vəsaiti, eləcə də müxtəlif dövlət qurumlarının ayırmaları ilə yanaşı, iş adamlarının, özəl bölmə nümayəndələrinin qoyduğu sərmayə də mühüm rol oynayır.

Ağsu ənənəvi kənd təsərrüfatı rayonudur. Son illərin göstəriciləri sübut edir ki, aparılan islahatlar öz səmərəsini vermişdir. Yeri gəlmişkən, bu ilin məhsulu üçün əvvəlki ildəkindən 3004 hektar çox sahədə taxil əkilmişdi. Taxılçılar 2007-ci ildəki rekordu (80,1 min ton) təzələmək əzmindədirlər. Hələlik 27 min 961 hektar sahə biçilmiş, 81,6 min ton məhsul götürülmüşdür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının aqrar sahəyə dair hissəsi də böyük ruh yüksəkliyi ilə reallaşdırılır. “Aqrotexservis” müəssisəsinin maddi-texniki təchizatı yaxşılaşdırılmış, Kalva kəndi ərazisində 16 hektar yeni üzümlük salınmışdır. Fermer və sahibkarlarımız ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamında nəzərdə tutulmuş güzəştlərdən yüksək səviyyədə istifadə edirlər.

Təbii ki, əkinçiliklə yanaşı, heyvandarlıq və quşçuluq sahələrinin inkişafına da böyük qayğı göstərilir.

Rayonda sahibkarlığın inkişafı da diqqət mərkəzindədir. Bunun sayəsində istehsalın həcmi artmış, xarici bazara keyfiyyətli məhsul çıxarılması üçün uğurlu addımlar atılmışdır. Bu işdə "Ağsu-Konserv-3" Açıq Tipli Səhmdar Cəmiyyətinin, "Ağsu Konserv A-EM", “Miri Qrand” MMC, “Büllur” MMC və “Mehman” MMC-nin xidmətləri böyükdür. Bu qurumlar meyvə şirələri, şərab məhsulları və alkoqollu içkilərin istehsalı sahəsində səmərəli fəaliyyət göstərirlər. Ötən müddət ərzində yeni emal xətləri quraşdırılmış, sexlər tikilmiş, məhsulların çeşidi artırılmışdır. Ağsu şəhərində çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində “Pərvanə” MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin, plastik qapı-pəncərə hazırlayan sexin, onlarla digər obyektin tikintisi ya başa çatmış, ya da başa çatmaq üzrədir.

Rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası sahəsində görülən işlər daha böyük miqyas almışdır. Şəhərin girişində ulu öndər Heydər Əliyevin adını daşıyan seyrangahın və qəhrəmanlar parkının salınması, mərkəzdə Heydər Əliyev muzeyinin, şərq tərəfdə isə dairəvi yolun çəkilişi, mədəniyyət sarayının yenidən qurulması, mərkəzi ərazilərdə mövcud ticarət, iaşə, kommunal-məişət, servis və xidmət obyektlərinin dam örtüyünün müasir memarlıq üslubunda yenidən qurulması, müxtəlif təyinatlı inzibati binaların tikilməsi bugünkü Ağsunun reallıqlarıdır. Xatırladım ki, şəhərin və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində bələdiyyə orqanları da fəal iştirak edirlər.

Rayon əhalisinə elektrik enerjisi və təbii qazın verilməsi, paylaşdırılması, enerji haqlarının toplanılmasının yaxşılaşdırılması sahəsində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Yeni istehsal sahələrinin yaradılması, təbiidir ki, yeni iş yerlərinin açılması ilə müşayiət olunur. Bu ilin 6 ayında rayonda 388 yeni iş yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul ediləndən bəri isə 5 min 786 yeni iş yeri açılmışdır. Bunun 3 min 097-i daimidir.

Ənvər Seyidəliyev bu ilin ən böyük hadisəsinə - oktyabrda keçiriləcək prezident seçkilərinə də münasibətini bildirdi. Vurğuladı ki, ağsulu seçicilər bu mühüm siyasi kampaniyada fəal iştirak edəcək, ölkəni ağ günə çıxarmış Heydər Əliyev siyasətinə yekdilliklə səs verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb