RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 20-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Prezident Viktor Yuşşenko Ukraynada keçirilmiş parlament seçkilərinin gedişi və nəticələri barədə dövlətimizin başçısına məlumat vermişdir. Prezident İlham Əliyev Ukraynada parlament seçkilərinin demokratik şəkildə uğurla başa çatması münasibətilə cənab Yuşşenkoya təbriklərini çatdırmışdır.
Telefon söhbəti zamanı prezidentlər Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə etmiş, enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini vurğulamışlar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.