Prezidentin mətbuat xidmətinin məlumatı
Mayın 15-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:11]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 06.09.2026 [15:03]
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO
- 04.09.2026 [09:36]