Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin müsahibəsi dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün etibarlı mənbədir ŞƏRH

Prezidentin müsahibəsi dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün etibarlı mənbədir  ŞƏRH

Bakı, 20 dekabr, AZƏRTAC

Dünyanın geosiyasi mənzərəsinin sürətlə dəyişdiyi bir dönəmdə ölkələrin xarici strategiyalarında korrektələr aparılması, yeni istiqamətlərin müəyyənləşdirilməsi zərurəti yaranıb. Dünyanın aparıcı dövlətləri yenidən vüsət alan “soyuq müharibə”də inkişaf etməkdə olan ölkələrdən bir sıra hallarda alət kimi istifadə edirlər. Bu da siyasi gərginliyin bir sıra hallarda hərbi müstəviyə keçməsinə səbəb olur. Yalnız müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderlər bu prosesdə tərəfsizliklərini qoruyub saxlayır, balanslı yanaşma sərgiləyirlər. Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu nüansları aydın görmək mümkündür. Müsahibədə Qarabağda əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranan reallıqlar, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlər, bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda gərginliyin yaradılmasına hesablanan siyasətləri və Kremlə qarşı beynəlxalq miqyasda aparılan kampaniya fonunda Rusiya-Azərbaycan əlaqələrinə geniş aydınlıq gətirilib. Bu müsahibə dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün müfəssəl və etibarlı mənbədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, hazırda dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir: “Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. 2021-ci ildə Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin, 2022-ci ildə isə Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev Rusiya mətbuatına çox açıq şəkildə bildirdi ki, Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. Həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşərsə, köməyə gəlməlidir. Bu da o deməkdir ki, bu iki dövlətin bir-birinin ərazisində hərbi bazasının olmasına ehtiyac yoxdur. Prezident strateji müttəfiqlik üzərində qurulan Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib. Dünyanın siyasi mənzərəsinin dəyişdiyi bir zamanda Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın qorunub saxlanılması olduqca vacibdir. Ermənistandan fərqli olaraq biz Rusiya ilə münasibətləri geosiyasi avantüralar üzərində qurmuruq. İki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb. Biz Rusiya ilə həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətik. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin hüquqi və siyasi bazasını daha da möhkəmləndirib. Rusiya ilə Azərbaycanın etibarlı tərəfdaş olmasına nə Azərbaycanda, nə də Rusiyada heç kim şübhə ilə yanaşmır. İqtisadi əlaqələrimiz genişlənir. Rusiya vətəndaşları Azərbaycanda, azərbaycanlılar isə Rusiyada özlərini tam təhlükəsiz hesab edirlər. Cənubi Qafqazın yeganə ölkəsiyik ki, orta və ali məktəblərdə rus dili bölmələri fəaliyyət göstərir. 320-dən artıq məktəbdə təhsil rus dilində tədris olunur”.

Deputat Prezidentin müsahibəsində Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılmasından haqlı narahatlığını ifadə etdiyini vurğulayıb: “Sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yetişdiyi bir zamanda, xüsusilə də Makron hökumətinin Ermənistanı öldürücü hücum silahları ilə təmin etməsi anlaşılmazdır. Azərbaycan üçün praktiki təhlükə yaradan bu silahdarlara seyrici yanaşa bilmərik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına silahlanmaya son qoyulması çağırışını edib, amma nəticəsi olmayıb. 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlərindən nəticə çıxarmayan Ermənistanın təxribat xarakterli fəaliyyətlərini cavabsız qoymaq niyyətində deyilik. 2025-ci il üzrə hərbi büdcəmiz rekord həddə - 5 milyard dollar civarında olacaq. Səfalət içərisində yaşayan Ermənistan Azərbaycanla silah yarışına girəcək gücdə deyil. Yaxşı olardı ki, Ermənistan qisasçılıq hissini bir kənara qoyub gələcəyə boylansın. 17 maddəlik sülh təklifinin razılaşdırılmayan 2 maddəsi üzərində baş sındırsalar, bu onların xeyrinə olar. Burada söhbət qarşılıqlı olaraq beynəlxalq iddialardan əl çəkmək və avropalı müşahidəçilər adı altında NATO qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməməkdən gedir. Ermənistan, həmçinin öz Konstitusiyasını dəyişdirməlidir. Orada Azərbaycana ərazi iddialarının yer aldığı müddəalar var; keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün də İrəvan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan başqa, Ermənistan deportasiyaya məruz qoyduğu azərbaycanlıların qayıdış hüququnu tanımalıdır. Biz sülh sazişindən danışırıqsa, normal, insani mühit yaradılmalıdır. Bir tərəfdən öldürücü silahlar əldə et, bir tərəfdən Azərbaycanla sərhədə xarici müşahidəçiləri cəmləşdir, iddialar irəli sür, digər tərəfdən isə özünü sülhpərvər göstər, bunlar siyasi riyakarlıqdan başqa bir şey deyil”.

Tahir Mirkişili qeyd edib ki, Prezidentin müsahibədə Azərbaycanın iqtisadi potensialı, neft-qaz, yaşıl enerji strategiyasına dair səsləndirdiyi fikirlər, rəqəmlər ölkəmizin iqtisadi siyasətinin vektorlarının dəqiqliyindən xəbər verir: “Ermənistanda və Gürcüstanda Qərbin oynadığı çirkin oyunlar nəticəsində yaranan qarışıqlıq, geriləmələr, Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki təlatümlər fonunda Azərbaycanda quruculuq işlərinin fasiləsiz həyata keçirilməsi düşünülmüş rasional dövlət siyasətinin mövcudluğundan və ən əsası Azərbaycan Prezidentin siyasi və iqtisadi bacarığından, uzaqgörənliyindən xəbər verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik