Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin poçtundan:
Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik

Prezidentin poçtundan:   Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik

Bu fikirlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin elektron poçtuna gələn yüzlərlə məktub və müraciətin leytmotivini təşkil edir 

 Bakı, 5 aprel, AZƏRTAC

 Azərbaycan xalqı öz tarixinin çətin sınaqlarından birini yaşayır. Ermənistanın cəbhə xəttində törətdiyi silahlı təxribat nəticəsində yaranan gərginlik, şəhər və kəndlərimizin atəşə tutulması, tələfat və dağıntılar barədə xəbərlər ölkə ictimaiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız və Azərbaycanın dostları tərəfindən həyəcanla izlənilir. İtkilərimiz kədər və təəssüf, Milli Ordumuzun düşmənin layiqli cavabını verməsi, uğurlu hərbi əməliyyatlar isə sevinc və qürur hissləri doğurur. Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevə ünvanlanmış məktub və müraciətlərdə bu hiss və həyəcanlar dilə gətirilir, dövlətimizin başçısının prinsipial və qətiyyətli mövqeyi birmənalı olaraq dəstəklənir və alqışlanır.

AZƏRTAC Prezidentin saytına istinadla Azərbaycan vətəndaşlarının yaxın və uzaq ellərdən Prezident İlham Əliyevin ünvanına gələn bir sıra məktub və müraciətləri təqdim edir.

Biz Azərbaycanlı qardaşlarımızın yanındayıq

”Almaniyada yaşayan Menderes Çağlayan Azərbaycan Prezidentinə müraciətlə deyir: “Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik”.

“Biz həmişə qardaş Azərbaycan xalqının yanındayıq və haqq bizim yanımızda olduğuna görə, son qələbə də bizimdir. Düşmənin dərsini həmişə belə vermək lazımdır”. Bu fikirlər Türkiyə vətəndaşı Mahmut Koçun məktubunda yer alır.

Məktub müəlliflərindən biri Azərbaycan əsilli, Türkiyə vətəndaşı Günay Aytandır. O, bu çətin gündə azərbaycanlı qardaşları ilə birgə nəfəs aldığını deyərək yazır: “Ermənistan ilə müharibədə qardaşlarımın yanında olmaq, onlarla birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi. Mən də Sizin Ali Baş Komandanlığınız altında ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etməyə hazıram”.

 Vətən uğrunda şəhid olmaq böyük şərəfdir

İraq Türkmənləri Cəbhəsinin rəhbəri Ərşət Salihi yazır: “Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.

Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu və birliyi”.

Milli Ordumuzda könüllü xidmət etmək istəyirik

Belarusda yaşayan soydaşımız Seymur Babayev Milli Ordumuzda könüllü olaraq xidmət etmək istədiyini və bunun şərəf işi

olduğunu bildirərək yazır: “Mən Vətəndən uzaqda yaşayıram. Könüllü olmaq və ölkəmi müdafiə etmək istəyirəm. Könüllü kimi mənim namizədliyimi nəzərdən keçirməyi xahiş edirəm, çünki Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir”.

Ukraynada təhsil alan tələbələrimiz də Ordumuza dəstək nümayiş etdirirlər. Elmir Misirzadə onların adından Azərbaycan Prezidentinə müraciət edərək bildirir: “Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Milli Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürur duyurlar. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq”.

“Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”. Bu məktubu Birləşmiş Krallıqdan Cavid Məmmədli yazıb.

Moskvada yaşayan həmyerlimiz Ruslan Ələkbərov Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət etmək istəyini dilə gətirir: “Vətəndən uzaqlarda yaşasam da, ürəyim daim öz xalqımın yanındadır. Azərbaycan Ordusunun cəbhədə nail olduğu hərbi üstünlük məni çox sevindirdi. Xahiş edirəm, məni könüllülük əsasında Azərbaycan Ordusu sıralarına qəbul edəsiniz. Mən Azərbaycan Hərbi Hava Qüvvələri sıralarında xidmət etməyə hazıram”.

Xaricdə yaşayan soydaşlarımız Prezidentimizlə həmrəydirlər

Vilnüsdə yaşayan soydaşlarımız da Ordumuzun qələbəsindən qürur duyduqlarını bildirirlər. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev yazır: “Zati-aliləri cənab Prezident İlham Əliyev. Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, döyüş əməliyyatlarında iştirak etməyə həmişə hazırıq. Təbliğat və informasiya savaşında Azərbaycana Baltik ölkələrində hər cür dəstək verir, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Müraciət müəllifi Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırır.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri də ölkəmizlə və Ali Baş Komandanımızla həmrəylik nümayiş etdirirlər.

Onların dövlətimizin başçısına ünvanladıqları müraciətdə deyilir: “Cənab Ali Baş Komandan. Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir. Sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması hamımızı sevindirir. Biz döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin”.

Qarabağ müharibəsi veteranı Ali Baş Komandanın əmrini gözləyir

Prezidentə müraciət edənlər arasında ehtiyatda olan hərbiçilərimiz də var. Onlardan biri - Eldar Bəhramov yenidən ordu sıralarına qayıtmaq istədiyini bildirərək yazır: “Cənab Ali Baş Komandan, ilk növbədə, Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürəkaçan uğuruna sevinir və Ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də buna hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, Siz varsınız və ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndidə dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl Vətənimin belə gözəl əsgəri və Ordumuzun Sizin kimi Ali Baş Komandanı var”.

Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik

Bakı sakini İmdad Bayramov ölkəmizin iqtisadi inkişafından və hərbi qüdrətinin artmasından qürur duyduğunu bildirərək Prezident İlham Əliyevı müraciətlə yazır: “Sizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyiniz islahatlar gözəl bəhrələr verir və bizi ürəkdən sevindirir. Son günlər Ordumuzun cəbhə bölgəsində qazandığı qələbəyə görə Sizə - Ali Baş Komandanımıza dərindən təşəkkür edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizinlə fəxr edirəm. Ordumuzun cəbhədəki uğurları Azərbaycanın qüdrətinin göstəricisidir. Biz Prezidentimizlə fəxr edirik, hər zaman Sizin və dövlətimizin əsgəriyik”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar və müraciətlər gəlməkdə davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltəraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO