Professor Məmməd Adilovun 60 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mərhum filoloq alim, professor Məmməd Adilovun 60 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya elmləri doktoru Paşa Kərimov Məmməd Adilovun həyat və yaradıcılığı, elmi irsi, elmi-təşkilati fəaliyyəti barədə məlumat vermişdir.
Tədbirdə filologiya elmlər doktorları Möhsün Nağısoylu, Kamandar Şərifli, Azadə Musayeva və başqaları alimlə bağlı xatirələrini bölüşmüşlər.
Sonra alimin ailəsi adından Vasif Adilov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]