QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN SOYDAŞLARIMIZA QAYĞI VƏTƏNDAŞLIQ BORCUDUR
Dekabrın 30-da əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və nazirliyin əməkdaşları Abşeron rayonunda məskunlaşmış qaçqınlar və məcburi köçkünlərlə görüşmüşlər.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Əli Nağıyev qaçqınları və məcburi köçkünləri Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin işğal olunmuş torpaqlarımızın azad edilməsi və ev-eşiyindən didərgin düşmüş vətəndaşlarımızın öz doğma ocaqlarına qayıtmaları üçün apardığı siyasətdən danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı Mirzə Novruzov, Laçın və Zəngilan rayonundan olan məcburi köçkünlər Voroşil Məmmədov və Hidayət Şükürov çıxışlarında xüsusi vurğulamışlar ki, nazirliyin əməkdaşları ənənəvi olaraq hər il Novruz bayramı və yeni dərs ili ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşür, onlara maddi yardım göstərirlər. Həmrəylik günü və Yeni il ərəfəsindəki bu görüş də həmin ənənənin davamıdır.
Sonra 2328 ailəyə 60 milyon manatlıq maddi yardım paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]