QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YENİ YAŞAYIŞ EVLƏRİ TİKİLƏCƏKDİR
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə məşğul olan podratçı CCİC (Konsolideyted Kontraktos İnterneşnl) şirkəti Saatlı rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlər üçün öz vəsaiti hesabına daha 30 ev tikməyi planlaşdırır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 390 min dollara başa gələcək yeni qəsəbəyə işıq, qaz, su və telefon xətləri çəkiləcək, həmçinin asfalt yollar salınacaqdır. Burada məktəb binası, su anbarı və elektrik stansiyasının inşası da nəzərdə tutulmuşdur.