İQTİSADİYYAT
Qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi keçirilmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycan Sənaye Bankının (ASB Bank) dəstəyi ilə Park Bulvar AVM-də “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsi çərçivəsində qadın sahibkarların əl işlərindən ibarət satış sərgi keçirilmişdir.
Bankdan AZƏRTAC-a bildirilmişdir ki, satış sərgisində 35 rəsm və əl işi nümayiş olunmuşdur.
Tədbirdə qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilmiş, belə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Qeyd edək ki, 2011-ci ildən etibarən ASB Bankın dəstəyi ilə reallaşan “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsinin əsas məqsədi qadınların idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]