QADINLAR SÜLH NAMİNƏ
Oktyabrın 26-da İçərişəhərdə, Qız qalasının yaxınlığında BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsi çərçivəsində “Qadınlar sülh naminə” mövzusunda 12 monumental panno çəkiləcəkdir.
Oktyabrın 31-də Qız qalası qalereyasında həmin əsərlərin sərgisi təşkil ediləcəkdir. Sərgi BMT-nin Təhlükəsizlik Şurasının 1325 nömrəli qətnaməsinin qəbul edilməsinin üçüncü ildönümünə həsr olunur.