Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Albaniyasında erkən orta əsrlər dövrü şəhər mədəniyyəti

Bakı, 20 sentyabr, AZƏRTAC

Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətə start verib. İlk növbədə, işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti haqqında tədbir və layihələr həyata keçirilir. Fəaliyyətlər çərçivəsində Qafqaz Albaniyası haqqında kitab və məqalələrin yazılması da nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədovanın “Qafqaz Albaniyasında erkən orta əsrlər dövrü şəhər mədəniyyəti” sərlövhəli məqaləsi Qafqaz Albaniyası irsi haqqında məlumatlandırma məqsədi daşıyır. AZƏRTAC məqaləni təqdim edir.

Qafqaz Albaniyasında şəhərlərin meydana gəlməsi ölkənin çoxəsrlik sosial-iqtisadi, siyasi və mədəni inkişafının nəticəsi idi. Eramızdan əvvəl I minilliyin ikinci yarısında və eramızın ilk əsrlərində Albaniya oturaq əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Sənətkarlıq da yüksək inkişaf səviyyəsinə çatmışdı. Albaniyanın iqtisadi inkişafının yüksək səviyyəsi həm arxeoloji, həm də yazılı mənbələrlə təsdiq olunur. Albaniyanın öz çarları, qoşunu, zərbxanası var idi. Bütün bunlar Albaniyada şəhərlərin və şəhər həyatının meydana gəlməsinə və inkişafına səbəb olmuşdu. Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban məskənlərinin tədricən şəhərlərə çevrilməsi prosesi eramızdan əvvəl I minilliyin ikinci yarısının əvvəlinə aid edilir.

Qəbələ hələ eramızın ərəfəsində Romada Qafqaz Albaniyasının baş şəhəri - paytaxtı kimi məlum idi. Təsadüfi deyil ki, Plini yalnız bu şəhərin adını çəkir və onu ən mühüm şəhər, birinci yerdə duran şəhər hesab edir. XX əsrin 50-ci illərinin sonlarından Qəbələ zonasında arxeoloji ekspedisiya fəaliyyət göstərməyə başlayıb və Qafqaz Albaniyasının bu abidəsinin ciddi surətdə öyrənilməsinin təməli qoyulub. Qəbələnin xarabalıqları indiki Qəbələ rayonunda, Çuxur-Qəbələ kəndindən şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı təpədə və bitişik ərazilərdə yerləşir. Şimal hissəsi Səlbir, cənub hissəsi Qala adlanır. Bəzən iki hissəsinə birlikdə “Qala-Səlbir”, “Govurqala” deyirlər, bəzən isə yalnız cənub hissəsini (Qalanı) “Govurqala” adlandırırlar.

Sikkə dəfinələri, bullalar, habelə Qəbələdən keçən karvan yollarının izləri göstərir ki, eramızdan əvvəl III əsr - eramızın III əsri ərzində Qəbələ Qərb və Şərqin bir çox ölkələri ilə, xüsusən Roma, Parfiya və Sasani imperiyalarına daxil olan vilayətlərlə geniş ticarət əlaqələri saxlayırdı. Qəbələ əhalisi qarışıq etnik tərkibə malik idi, onlar müxtəlif peşələrlə - ticarət, sənət və əkinçiliklə məşğul olurdu. Qəbələ gənc Albaniya çarlığının mühüm strateji, siyasi-inzibati, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi, 26 alban tayfasını birləşdirmiş Albaniya hökmdarının paytaxtı idi. Həmin zona Azərbaycan Respublikasının Balakən, Zaqatala, Qax, Şəki rayonlarını, qismən Oğuz və Mingəçevir rayonlarını və Gürcüstanın Laqodexi rayonunu əhatə edir.

Mil-Qarabağ zonasında aparılmış arxeoloji tədqiqatlar belə bir nəticəyə gəlməyə imkan verir ki, eramızdan əvvəl I minilliyin ikinci yarısında burada çiy kərpicdən əsaslı binalar tikilməsi ilə səciyyələnən daimi oturaq xarakterli məskənlər olub. Beyləqan rayonunda Təzəkənd yaxınlığında olan kompleks Mil düzündə son dərəcə mühüm bir abidədir və tədqiqatçılar onu şəhər tipli məskənin qalıqları hesab edirlər. Bütün kompleks sübut edir ki, eramızın başlanğıcında burada çox böyük bir məskən mövcud olub. Həmin məskən VI əsrdə Örənqala xarabalığının indi olduğu yerə - orta əsrlərdə Beyləqan adlanan yerə köçürülmüşdü ki, bu da qədim Paytakaran ilə eyniləşdirilir. Strabona əsasən, bu rayonun əhalisi kaspilər, adı Kaspiana idi.

Beyləqan rayonu ilə qonşu olan Füzuli rayonunda, Füzuli şəhərinin şimal ucqarında Quruçay ilə Köndələnçay arasında Qaraköpəktəpə abidəsi tədqiq edilib. Strabonun məlumatına görə, burada iki şəhər mövcud idi: “...deyirlər... aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər, burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər”. Qazax şəhərinin yaxınlığında, Albaniyanın Qardman vilayətinin Sarıtəpədəki məskəni son dərəcə maraqlıdır. Eramızdan əvvəl I minilliyin ortalarında və ikinci yarısında Sarıtəpədə şəhər tipli son dərəcə mühüm bir məskən olmuşdu; bu məskənin əhəmiyyəti xeyli dərəcədə bir də ondan irəli gəlirdi ki, qədim magistral yolların ayrıcında əlverişli mövqe tutduğuna və yaxşı kommunikasiyalara malik olduğuna görə ticarətdə də mühüm rol oynayırdı.

Mingəçevir zonasında Kürün həm sağ, həm də sol sahilində yerləşən bir neçə məskən üzə çıxarılıb və öyrənilib. Maraqlıdır ki, Mingəçevirdə eramızın III-IV əsrlərinə aid katakomba qəbirlərdən xeyli miqdarda gətirmə məmulat tapılıb. Bunlar Mingəçevirə, görünür, Şimali Qafqazdan, oraya isə Qara dəniz sahillərindəki antik şəhərlərdən gəlib çıxıb. Mingəçevirdə çoxlu Misir muncuqları, Suriya və digər şüşə məmulatı tapılıb.

Böyük Qafqaz silsiləsi cənub yamaclarının şərq hissəsi - İsmayıllı, Ağsu və Şamaxı rayonları boyunca respublikanın ərazisi antik dövr abidələri ilə çox zəngindir. Ağsu rayonunun ərazisində də antik dövrün bir çox abidələri üzə çıxarılıb. Nüydü kəndi xüsusi maraq doğurur. Kəndin qərb qurtaracağında Nüydü düzündə çoxlu qəbirdən və zəngin məişət avadanlığından əlavə, antik dövr məskəninin qalıqları da aşkar edilib.

Qəbir avadanlığının təhlili, Albaniyada sikkə kəsilməsi, eramızın başlanğıcında Albaniyada çar hakimiyyətinin mövcud olması belə bir nəticəyə gəlməyə əsas verir ki, bu zonanın sakinləri sinfi cəmiyyət şəraitində, kifayət qədər inkişaf etmiş sənətkarlığa, ticarətə, zəngin mədəniyyətə malik olan bir dövlətdə yaşayıblar. Yuxarıda adları çəkilən məskənlərin yaxınlığındakı qəbiristanlar onların sakinlərinin etnik cəhətdən yekcins olmadığını göstərir.

Qafqaz Albaniyasında şəhərlərin yaranması məhsuldar qüvvələrin ümumi inkişafından, sosial-iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərdən irəli gəlir. Bunlar nəticə etibarı ilə sənətin əkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul münasibətlərinin coşqun inkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb olub. Bu proseslərin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Sonralar mühüm ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmiş bu cür iri əkinçilik məskənlərinin ayrılması eramızdan əvvəl I minilliyin ilk əsrlərinə aid edilir.

Qafqaz Albaniyasının erkən orta əsrlər dövrü şəhər həyatının canlanması və şəhərlərin artması ilə səciyyələnir. Bu zaman Qəbələ, Naxçıvan, Dərbənd kimi köhnə şəhərlərin tikilib genişlənməsi prosesi ilə yanaşı, yeni şəhərlərin (Bərdə, Beyləqan) yaranması prosesi gedirdi. Albaniya şəhərləri ya ticarət yolu üzərində yerləşən kənd icmasına əsaslanan qədim məskənin yerində, ya hökmdar və ya feodal təsərrüfatının (dastakertin) bazasında, ya da sənətkarlıq və ticarətin inkişafı üçün əlverişli olan yerlərdə təşəkkül tapmışdı. Albaniyada beynəlxalq tranzit ticarətinin ana yollarında meydana çıxmış Bərdə, Dərbənd, Qəbələ, Çoqa, Beyləqan kimi şəhərlər var idi. Bu şəhərlər iri inzibati və ticarət-sənətkarlıq mərkəzləri sayılırdı. Qaynaqlarda onlar “əzəmətli” və “şan-şöhrətli” şəhərlər adlandırılırdı. Şəhərlərdən Şəki, Şəmkir, Girdiman, Naxçıvan əsas ticarət yollarından aralı və ucqar yerlərdə salınmış sənətkarlıq və ticarət mərkəzləri idi. Bu şəhərlər, eyni zamanda, hərbi dəstələrin yerləşdiyi qalalardı. Üçüncü tip şəhərlər əkinçilik xarakteri daşıyan, sosial-iqtisadi mənada şəhər olmayan, lakin feodal vilayətlərinin inzibati mərkəzləri sayılan şəhərlər idi. Belə şəhərlərə indiki Ağdam rayonunda yerləşən Gavurqala, Qax rayonundakı Torpaqqala, Mingəçevir və bir sıra başqa məskənlər aid edilir. İlk iki tip şəhərlərin ətrafında əhalisi kənd təsərrüfatı ilə məşğul olan kənd nahiyələri də yerləşirdi.

M.Kalankatuklu və M.Xorenatsinin məlumatları Albaniya şəhərlərinin siyasi strukturunu aydınlaşdırmaq imkanı verir. Məlum olur ki, bu şəhərlər yerli məmurlar, hakimlər tərəfindən idarə olunurdu. Mənbələrdəki məlumat bütün şəhər sakinlərinin iştirak etdiyi, kəskin siyasi şəraitdə qərarlar çıxaran şəhər yığıncaqlarının olması ehtimalını da verir. Belə ki, 626-cı ildə xəzərlər Bərdəyə hücum etdiyi zaman Sasani mərzbanı yalnız alban əyanlarının və şəhər sakinlərinin razılığını alandan sonra xəzərlərə hərbi müqavimət göstərilməsi haqqında qərar qəbul edə bilmişdi.

Albaniyanın mühüm şəhərlərindən olan Qəbələ eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəllərində meydana çıxıb, V əsrədək Albaniyanın paytaxtı, alban hökmdarları və alban arxiyepiskopunun iqamətgahı olmuş, paytaxt Bərdə şəhərinə köçürüldükdən sonra isə ölkənin ən iri siyasi-inzibati, dini-inzibati (arxiyepiskopluq), ticarət-sənətkarlıq və mədəni mərkəzlərindən biri olaraq qalıb. Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, I əsrin sonundan XVIII əsrin ortalarınadək şəhər Qaraçay və Covurluçay arasındakı hündür təpədə yerləşib. Şəhər 25 hektardan çox sahəni tutan, içqalası Səlbir adlanan Şimal və Qala adlanan cənub hissələrinə bölünürdü. Şəhər sakinləri IX əsrədək əsasən Səlbirin, IX əsrdən isə Qalanın ərazisində yaşayırdılar. Qazıntılar zamanı çoxsaylı yaşayış evləri və ictimai tikili qalıqları, habelə zəngin maddi mədəniyyət nümunələri aşkara çıxarılıb.

V əsrdən sonra M.Kalankatukluya görə, alban hökmdarı Vaçe tərəfindən tikilmiş Bərdə (Partav) paytaxt olur. Mühüm karvan yollarının qovşağında yerləşən bu şəhər Yaxın və Orta Şərqin ən iri ticarət mərkəzlərindən biri idi. Böyük Uti vilayətində yerləşən Bərdə erkən orta əsrlərdə Qafqaz Albaniyasının siyasi, dini və mədəni mərkəzinə çevrildi. Bərdə son alban arşakilərinin və Mihranilər sülaləsindən olan hökmdarların, VI əsrdən isə alban katalikosunun iqamətgahı olur. Ticarət-sənətkarlıq mərkəzi olan bu şəhərdən başqa yerlərə ipəkqurdu, barama, çoxlu ipək, qızıl boya və s. aparılırdı. 628-ci ildə Sasani-Bizans müharibələri zamanı Bərdə Bizansın müttəfiqləri olan xəzərlər tərəfindən dağıdılmışdı. Şəhər ancaq VIII əsrin əvvəllərində, Xilafətin şimal vilayətlərinin hakimi Əbd əl-Əziz ibn Xatimin əmri ilə bərpa edilib.

Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Yazılı qaynaqlarda, Araz çayının sol sahilində yerləşən bu şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaçısı Ptolemeyə (e. II əsr) məxsusdur. Alban, erməni, ərəb və farsdilli mənbələrdə bu şəhər haqqında məlumat var. I əsrdən VI əsrədək Naxçıvan Albaniyada şəhər və vilayət olub. 591-ci il müqaviləsinə görə Naxçıvan Sünik və Vaspurakan vilayətləri tərkibində bilavasitə Sasanilərə tabe olunub. VI-VII əsrlərdə Naxçıvanda Sasani şahı I Xosrovun adından pul kəsən zərbxana var idi. Sasani-Bizans müharibələri zamanı Naxçıvan gah Sasani, gah da Bizans qoşunlarının basqınlarına məruz qalırdı.

Erkən orta əsrlər dövründə Dərbənd yalnız albanların baş qalası, Sasanilərin Qafqazdakı istinadgahı kimi deyil, həm də mühüm orta əsr şəhəri, ən iri ticarət-sənətkarlıq və siyasi mərkəzlərdən biri kimi tanınmışdı. Onun qədim dünyanın ən mühüm ticarət yollarından biri üzərində tutduğu əhəmiyyətli mövqeyi, alban hökmdarları və Sasanilər dövründə xüsusi hərbi-strateji əhəmiyyəti şəhərin sürətli inkişafı üçün şərait yaratmışdı. VI əsrdə Dərbənd mütəşəkkil daxili struktura, dürüst seçilmiş topoqrafiyaya malik şəhər kimi məşhur idi.

“Alban tarixi”ndə Dərbənd “əzəmətli şəhər” adlandırılırdı. VIII əsr erməni tarixçisi Gevondun məlumatına görə, Dərbənd qala divarları və bürclərlə əhatə olunmuşdu. Ananiy Şirakatsinin “Erməni coğrafiyası”nda Dərbənd “Çora keçidinin şəhəri, dənizin ortasında tikilmiş möhtəşəm istinadgah” adlandırılıb.

Quruluş baxımından Dərbənd iki hissəyə ayrılır: içqala və şəhərin özü. İndi “Narınqala” adlanan içqala xüsusi yer tutur. Bu, şəhər hakiminin iqamətgahı, onun sarayı və qarnizonun yerləşdiyi yer, inzibati, hərbi-siyasi və mədəni mərkəz idi. İlkin orta əsrlər Dərbəndi şəhər strukturunun bir hissəsi olan rabada (şəhər ətrafına) malik deyildi; beləliklə, divarlarla əhatə olunmuş çox böyük ərazi şəhərə kifayət qədər iri sahədə genişlənmək və inkişaf etmək imkanı verirdi.

Dərbənd o dövrdə Şərqi Qafqazda olan əsas xristian mərkəzlərindən biri kimi də tanınmışdı. Bəhs edilən dövrdə Beyləqan, Şamaxı, Şabran, Xalxal, Şəmkir, Amaras, Xunan kimi şəhərlər də məşhur idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub