Qafqaz Universiteti dünyanın ən yaxşı təhsil proqramı üzrə diploma layiq görülmüşdür
Bakı, 15 noyabr (AZƏRTAC). Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal Beynəlxalq Şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı magistratura və doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlamışdır.
Qafqaz Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qiymətləndirməyə dünyanın 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunmuşdur.
Eduniversal Beynəlxalq Şəbəkəsinin Elmi Komitəsi Qafqaz Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçmiş və diploma layiq görmüşdür.
Ən yaxşıların seçimi yarışında Avropa, Afrika, Amerika, Mərkəzi Asiya, yaxın və uzaq Şərq ölkələrinin beynəlxalq aləmdə nüfuzu olan universitetləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]