Qafqaz Universitetlər Birliyi təsis olunmuşdur
Ankara, 10 may (AZƏRTAC). Türkiyənin Ərdahan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 universitet rəhbərinin imzası ilə Qafqaz Universitetlər Birliyi təsis olunmuşdur.
Azərbaycan Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Xanəli Kərimli və Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəylinin də iştirak etdiyi imzalama mərasimindən sonra konfrans keçirilmişdir.
Ərdahan Universitetinin rektoru Aşık Şənlik demişdir ki, Birliyin yaradılması universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi baxımından çox mühümdür.
Türkiyə Yüksək Təhsil Qurumunun sədri Yusuf Ziya Özcan Azərbaycan, Gürcüstan, İran və Rusiyadan gəlmiş qonaqları salamlayaraq, təmsil olunduğu hökumətin Qafqaz Universitetlər Birliyinə böyük əhəmiyyət verdiyini, bu qurumun Qafqaz coğrafiyasındakı ali təhsil ocaqları arasında əməkdaşlığı gücləndirəcəyini söyləmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]