“QAFQAZLARDAN ƏSƏN YELLƏR”İN NÖVBƏTİ BURAXILIŞI EFİRƏ ÇIXACAQ
Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyi Azərbaycanın tarixini, coğrafiyasını, ictimai əhəmiyyətli yerlərini, mədəniyyətini və sənət adamlarını dünyaya tanıtmaq məqsədi ilə “Qafqazlardan əsən yellər” proqramının növbəti bölümünü hazırlamışdır.
Təmsilçilikdən AZƏRTAC-a bildirmişlər ki, verilişdə bu il 90 illik yubileyi qeyd edilən dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından, “Molla Nəsrəddin” beynəlxalq karikatura yarışmasında nümayiş olunan əsərlərdən, professor Kamal Abdullanın ssenarisi əsasında Azərbaycan Dillər Universiteti tələbələrinin hazırladıqları “Bir, iki, bizimki” tamaşasından və Azərbaycanda açılmış turizm sərgisindən söhbət gedəcəkdir.
Proqram mayın 15-də Bakı vaxtilə saat 15.30-da TRT-İNT, mayın 16-da isə saat 23.30-da TRT-İNT, 13.30-da və 17.30-da TRT-TÜRK kanallarında yayımlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]