Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Azərbaycanın səmasında bayrağımız vüqarla dalğalanır

Qalib Azərbaycanın səmasında bayrağımız vüqarla dalğalanır

Bakı, 7 noyabr, AZƏRTAC

Qırx dörd gün davam edən Vətən müharibəsi günlərində də, Qələbə qazandıqdan sonra da Ali Baş Komandanımız İlham Əliyevin hər müsahibə və çıxışında xüsusilə vurğuladığı bir məsələ vardı - torpaqlarımız uğrunda silahlarımız yox, əsgərlərimiz vuruşur, düşmən üzərində qələbəyə əsgərlərin döyüş əzmi sayəsində nail oluruq: “Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Şanlı Ordumuzun şücaəti sayəsində qəlbimizin sevinclə döyündüyü, qazi və şəhidlərimizin canı-qanı bahasına xalqımıza bəxş etdiyi qürur dolu günlər yaşayırıq: 8 Noyabr - Zəfər, 9 Noyabr - Dövlət Bayrağı günləri.

Bu fikirlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Həmin yazını oxucularla bölüşürük.

Bu möhtəşəm Qələbə bizim güvənimizi, sayğımızı özümüzə qaytardı. Hər qarış torpağımız işğaldan azad olunduqca inamımız qətrə-qətrə geri döndü, qandallanmış duyğularımız, qəfəsə həbs olunmuş sevincimiz, qürurumuz azad oldu. “Əməliyyat 44 günə bitdi, amma əmin olun ki, 44 il danışılacaq!” - Türkiyənin müdafiə naziri Hulusi Akar qələbəmiz münasibətilə keçirilən tədbirdə belə dedi. Bu uca qalibiyyəti, qalib ölkənin vətəndaşı olmaq qürurunu bizə Azərbaycan əsgəri və Ali Baş Komandan yaşatdı. Bu sayədə bayrağımız yenidən Xudafərin körpüsü üzərində ucaldı. Bu sayədə Şuşada 28 il sonra səslənən ilk azanın həyəcanını hiss etdik…

Düz bir il əvvəl 8 noyabr tarixində Ali Baş Komandanın Şuşanın işğaldan azad olunduğunu elan etdiyi məqamlar bu günmüş kimi xatirimizdədir: bütün xalq olaraq ekran qarşısına kilidləndiyimiz, fərəhdən özümüzə sığmadığımız, uzun dəqiqələr boyunca sevincdən hönkürdüyümüz, 30 illik ağrı-acıya son verən o möhtəşəm gün. Şuşanın azad olunmasından duyduğumuz qarşısıalınmaz sevinc göz yaşları Qarabağın azadlığı timsalında yaralarımızın sağalması idi. Həmin gün Ali Baş Komandan İlham Əliyev bizi Şuşanın işğaldan azad olunması xəbəri ilə “Əziz Şuşa, sən azadsan!” nidası ilə Şəhidlər xiyabanında - uca bayrağımızın fonunda müjdələdi.

44 gün sürən Vətən müharibəmizdə ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız mübarizəyə qoşuldu. Hər cür pafossuz, sözün, səsin, rənglərin belə, döyüşdüyü bu müharibə milli birliyimizin bariz nümunəsi oldu. Müharibə boyunca üçrəngli bayrağımızın timsalında rənglərimiz də mübarizəyə qatıldı. Bu gün ölkəmizin bütün küçə və meydanlarının, rəsmi və qeyri-rəsmi qurumlarının qarşısında, prospektlərdə şütüyən nəqliyyat vasitələri üzərində dalğalanan bayraq ürəyimizi dağa döndərən qürur yerimizdir.

Zaman-zaman bayrağımız yalnız ürəklərdə ucaldı, ona olan sevgi gizlicə qəlblərə gömüldü, Azərbaycan oğlu bu yolda şəhid də oldu, qazi də, amma vətən və bayraq sevgisinin varlığımızı tərk etməsinə imkan vermədi. Ən başda bu sevgini yaşadan, bu alovu sönməyə qoymayan milli dəyərlərə sadiq ziyalılarımız oldu. Onların sayəsində biz millət olaraq ucalığımıza inamı itirmədik, bu bayrağa sədaqətimiz - əhdimiz, andımız oldu. Müqəddəs bayrağımız yenidən layiq olduğu ucalıqda dalğalandı.

1956-cı ildə bir qrup gəncin Qız qalasına sancdığı, 1988-ci ildə Azadlıq meydanında dalğalanan bayrağımız rəsmi olaraq ilk dəfə Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı (19 yanvar 1990-cı il). Bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk israrlı cəhdlər ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Milli özünüdərkin təmin olunması prosesinin tərkib hissəsi kimi, 10 ay sonra - 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının muxtar respublikanın rəsmi bayrağı kimi təsdiqlənməsi onun sonradan Azərbaycanın dövlət bayrağı kimi qəbul olunmasında böyük əhəmiyyətə malik oldu. Belə ki, 1991-ci il fevralın 5-də Ali Sovetin "Dövlət bayrağı haqqında" Qanununa əsasən, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.

Azərbaycan bayrağı haqqında ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda bir neçə mühüm dövlət sənədi imzalanmışdır: “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” (13 mart 1998-ci il), “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il), “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında (2007-ci il noyabrın 17-də) sərəncam, digər fərmanlar və qanunlar dövlət səviyyəsində bayrağımıza olan ehtiramın bariz nümunəsidir.

Xalqın milli müstəqilliyinin real mahiyyət və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Odur ki, hər ölkənin bayrağı onun tarixinin, kimliyinin, mədəniyyətinin rəmzlərinin daşıyıcısıdır. Bayraqları bayraq edən millətin mübarizəsi, qurbanlar bahasına olsa belə, əldə etdiyi istiqlalıdır. Şəhidlərimizin son örtüyü olan bayrağımız şərəfli tariximizin dəlilidir. Çünki bir dövlətin bayrağı ölkəsinin azad səmasında ucalırsa, bunun mütləq bir bədəli var - şəhidlərin azadlıq uğrunda axan qanı, verilən canı bahasına başa gəlmişdir mütləq.

Səngərdə düşmənlə üz-üzə qalan əsgər qardaşlarımızın, torpaq uğrunda canını fəda edərək ali mərtəbəyə ucalmış şəhid Vətən övladlarının haqqı ödənilməz. Bu torpaqların geri dönməsinə lap başdan bunca böyük inamımız rəşadətli Milli Ordumuzun qüdrətinə, cənab Ali Baş Komandanın siyasi səbatına, ölkəmizə hər cür dəstək olmaqla düşmənlərimizi düşmən bilən dostlarımıza və adı tarixə böyük hərflərlə həkk olunmalı olan Azərbaycan xalqının gücünə inamdan qaynaqlanırdı.

Dövlət Bayrağı Meydanının açılış mərasimində (1 sentyabr 2010) Prezidentimiz xalqımızın ən böyük arzusunu dilə gətirmişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır...” Dövlət başçısı İlham Əliyevin ölkənin prinsipial məqsədləri uğrunda həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti nəticəsində ötən il bu ülvi arzu da gerçəkləşdi. Ali Baş Komandanın söylədiyi kimi, Azərbaycan bayrağı Qarabağda dalğalandı. Müzəffər Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. 30 il erməni işğalında inləyən torpaqlarımız Ali Baş Komandanın səbatlı siyasəti, xalqın iradəsi və Milli Ordunun qüdrəti sayəsində bu gün azaddır. Bu günlərdə möhtəşəm Qələbəmizin 1 ilini qürur və minnətdarlıqla qeyd edirik. Və “barışın göyərçini, savaşın qartalı” olan bayrağımız ölkəmizin hər yerində olduğu kimi, Qarabağ səmasında da vüqarla dalğalanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza