Qanunsuz sərnişindaşımaya görə Kişineu beynəlxalq aeroportunda axtarışlar aparılır
Kişineu, 15 avqust, AZƏRTAC
Kişineu beynəlxalq aeroportunda və “Avia Invest” kampaniyasının ofisində qanunsuz sərnişindaşımaya görə axtarış aparılır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Kişineu Bələdiyyə Prokurorluğunun, Antikorrupsiya və Daxili Təhlükəsizlik Xidmətinin, İnformasiya Təhlükəsizlik Xidmətinin birgə apardığı yoxlamalara əsas səbəblərdən biri də dövlət sərhədində qanunsuz daşımalar olub.
Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yoxlamalar açılan cinayət işləri ilə bağlıdır. Vəzifəli şəxslərin rəsmi ehtiyatsızlıq, vəzifə mövqeyindən sui-istifadə və dövlət sərhədini qanunsuz keçmə zəminində açılmış cinayət işləri çərçivəsində aparılan axtarışlar zamanı material, əşyalar, sənədlər və informasiyalar, habelə cinayətin digər sübutları ələ keçirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]