“Qarabağ” bu gün “Şerif” klubu ilə qarşılaşacaq
Bakı, 26 avqust, Nicat Məmmədov, AZƏRTAC
Bu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, saat 20:00-da baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
UEFA daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan bu oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.
“Qarabağ” klubu bu günə kimi “Şerif” ilə beş dəfə üz-üzə gəlib.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.
“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]