QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNİN MƏNZİL PROBLEMİ HƏLL EDİLİR
Gəncədə Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Təkcə son 2 ildə 100 nəfər əlil mənzillə, 50 nəfər isə isə “OKA” markalı minik avtomobili ilə təmin edilmişdir.
Gəncə Şəhər Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Almaz Aşırov AZƏRTAC-ın müxbirinə demişdir ki, birliyin hər bir üzvü mənzil probleminin həllində dövlətin qayğısını hiss edir. Demək olar ki, hər il əlillər üçün yeni mənzillər tikilir. Hazırda şəhərin “Gülüstan” qəsəbəsində 40 mənzilli binada son tamamlama işləri görülür. Yeni Gəncə yaşayış sahəsində isə 36 mənzilli binanın bünövrəsi qoyulmuşdur.
Birliyin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdardırlar.