Qarabağda fəaliyyət göstərən sənaye parkları investorlar üçün əlçatandır
Bakı, 11 oktyabr, AZƏRTAC
Qarabağda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı və “Ağdam Sənaye Parkı” investorlar və sahibkarlar üçün əlçatandır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycanın işgüzar dairələri ilə görüşündə deyib.
“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik bu sənaye parkları iqtisadi potensialın reallaşdırılması üçün mühüm mexanizmdir. Hazırda minatəmizləmə işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və kommunikasiyalar yenidən qurulur, nəqliyyat əlaqələri bərpa olunur və yaxın vaxtlarda Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək”, - deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]