Qarlı Kəlbəcərdə uşaqların qış sevinci VİDEO
Kəlbəcər, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilərək yenidən qurulan Kəlbəcərdə qışın gəlişi öz bənzərsiz gözəlliyini uşaqların sonsuz sevincində də büruzə verir. Uca dağlar qoynunda yerləşən şəhərin ağ örpəyə bürünməsi ecazkar təbiət mənzərələri yaratmaqla yanaşı, bu torpağın kiçik sakinlərinə unudulmaz anlar da bəxş edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illər sonra doğma yurdlarına qayıdan ailələrin övladları qarlı Kəlbəcərdə qışın sevincini doyunca yaşayırlar. Azyaşlılar qartopu oynayır, kirşə ilə sürüşür, saf və qayğısız anların dadını çıxarırlar. Müasir infrastrukturla təchiz edilən yeni yaşayış massivlərinin həyətlərində uşaqların təhlükəsiz və şən asudə vaxt keçirmələri üçün hər cür şərait yaradılıb.
Kəlbəcərin vüqarlı dağlarında əks-səda verən uşaq gülüşləri bu torpaqların yenidən dirçəlişinin ən parlaq göstəricisidir.