Süni intellekt üzrə beynəlxalq elmi qrup formalaşdırılıb
Bakı, 13 fevral, AZƏRTAC
Süni intellektin (AI) qlobal elmi anlayışının inkişaf etdirilməsi istiqamətində mühüm addım atılıb. Baş Assambleya BMT-nin himayəsi altında yaradılan süni intellekt üzrə yeni Müstəqil Beynəlxalq Elmi Panelə 40 üzvün təyin edilməsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş bu barədə açıqlama verib.
Baş katibin sözlərinə görə, namizədlər Beynəlxalq Telekommunikasiya İttifaqı, UNESCO və BMT-nin Rəqəmsal və İnkişaf Ofisi tərəfindən aparılan müstəqil qiymətləndirmədən sonra 2600-dən çox namizəd arasından seçilib. Onlar üç il müddətində bu vəzifədə çalışacaqlar.
Antonio Quterreş dünyanın hər yerindən mütəxəssislərin daxil olduğu panelin çoxsahəli tərkibini və gender balansını vurğulayıb. Onlar, o cümlədən AI-nin idarə edilməsi üzrə yeni qlobal dialoqun xeyrinə süni intellektin inkişafının imkanları, riskləri və təsirləri barədə müstəqil və qərəzsiz qiymətləndirmələr aparacaqlar.
BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada deyilir: “Süni intellektin sürətlə inkişaf etdiyi bir dünyada bu qrup indiyə qədər çatışmayan bir şeyi təmin edəcək: texnoloji imkanlarından asılı olmayaraq, bütün üzv dövlətlərə müzakirədə bərabər səviyyədə iştirak etməyə imkan verəcək ciddi, müstəqil elmi təhlil aparılacaq”, - deyə bildirilib.
Quterreş əmin olduğunu bildirib ki, ekspertlərin işi süni intellekt məsələləri üzrə kollektiv dialoqa kömək edəcək, faktlara və həmrəyliyə əsaslanan qərarların qəbul edilməsinə şərait yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:56]
Gürcüstanın xarici ticarət dövriyyəsi yanvar ayında 24,2 faiz azalıb
- 13.02.2026 [12:47]
Gürcüstanda əcnəbilərin işə götürülməsi məhdudlaşdırılacaq
- 13.02.2026 [12:16]
Sinayda 10 min illik tapıntı: qədim qaya sığınacağı aşkar edilib
- 13.02.2026 [11:43]
Cənubi Karolina Universitetində baş verən atışmada iki nəfər ölüb
- 13.02.2026 [11:37]
Monqolustana yanvar-fevral aylarında 60 mindən çox xarici turist gəlib
- 13.02.2026 [11:30]
Venesuelanın müvəqqəti Prezidenti: Maduro hələ də ölkənin qanuni lideridir
- 13.02.2026 [11:20]
Belarus Prezidenti Lukaşenko Silahlı Qüvvələrin döyüş hazırlığını yoxlayıb
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]