Meksika Senatında WUF13-lə əlaqədar sərgi açılıb
Mexiko, 13 fevral, AZƏRTAC
Milli Məclisin nümayəndə heyəti Meksikaya işgüzar səfər çərçivəsində bu ölkənin Senatının sədri Laura İtüel Kastiyyo Xuarez ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə parlament diplomatiyasının xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, siyasi dialoqun tamamlanmasında və yeni əməkdaşlıq imkanlarının açılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Səfər çərçivəsində Meksika Senatında ölkəmizin WUF13-ə ev sahibliyi ilə əlaqədar “İçərişəhər: Canlı şəhər irsi” adlı sərginin açılışı olub.