Dövlət Miqrasiya Xidmətinə yanvarda 5 mindən artıq zəng daxil olub
Bakı, 13 fevral, AZƏRTAC
Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə daxil olan 5348 zəng cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-si olduğu yer üzrə qeydiyyat, 427-si daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-i inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı Mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:07]
SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [14:08]