Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
İllər əvvəl zülm, dəhşət və məcburiyyətlə doğma Xocalısından ayrı düşən Göyçə Abbasova bu gün qürur və sevinclə həmin torpağa qayıdır. O, ailəsi ilə birlikdə doğma şəhərinə yollanır.
Həmin günlərin izləri bu gün də onunla birlikdədir. Ayağında qəlpə qalıb. İndi isə illər sonra qayıdışın sevincini yaşayır.
“Əsir düşmüşük. Mən şəhid bacısıyam. Üç şəhid vermişik. Çətinliklə çıxmışıq. Qırğınla, müharibəylə...”, - deyə o vurğulayıb.
Göyçə Abbasova Xocalıya nəvələri, gəlini, oğlu və həyat yoldaşı ilə gedir. Onun ən böyük arzusu isə sadədir: müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar.
“Allah dünyamızı düzəltsin, müharibə olmasın. İnşallah, hər şey yaxşı olar”, - deyə Xocalı sakini bildirib.
Fotoqraf - Azər İbrahimov
Videooperator - Mirrəsul Cəfərov