Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turizm və Menecment Universitetinin 20 illik uğur yolu: formalaşmadan davamlı inkişafa MÜSAHİBƏ

Turizm və Menecment Universitetinin 20 illik uğur yolu: formalaşmadan davamlı inkişafa MÜSAHİBƏ

Rektor: Müəllimlərimizin zəhməti və məzunlarımızın uğurları universitetimizin ən böyük qazancıdır

Bakı, 13 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılmasından 20 il ötür. Ötən müddət ərzində universitet turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. ATMU-nun rektoru İlham Mədətov AZƏRTAC-a müsahibəsində universitetin keçdiyi inkişaf yolundan və qarşıdakı hədəflərdən danışıb. Müsahibəni təqdim edirik.

- İlham müəllim, bu il ATMU-nun fəaliyyətə başlamasının 20 illiyi qeyd olunur. Bu əlamətdar tarix universitet üçün nə ifadə edir?

- İyirmi il ATMU üçün həm böyük məsuliyyət, həm də böyük uğurlar deməkdir. Bu illər ərzində universitet təkcə fəaliyyətini davam etdirməyib, eyni zamanda, öz yerini və nüfuzunu formalaşdırıb. ATMU bu gün minlərlə məzunu olan, dövlət və özəl sektor üçün kadrlar hazırlayan ali təhsil müəssisəsidir. Bu yubiley görülən işlərə obyektiv qiymət vermək və gələcəyə daha inamla baxmaq üçün fürsətdir.

- 2017-ci ildə ATMU-nun rektoru təyin olunmusunuz. Həmin tarixə qədər olan dövrü necə xarakterizə edərdiniz?

- 2017-ci ilə qədər olan dövr ATMU-nun təməl və formalaşma mərhələsi idi. Universitetin hüquqi, akademik və təşkilati əsasları həmin illərdə yaradıldı. Yeni ixtisaslar açıldı, ilk məzunlar əmək bazarına daxil oldu, maddi-texniki baza mərhələli şəkildə quruldu. Həmin dövr ATMU-nun mövcudluğunu və davamlılığını təmin edən mühüm mərhələ olub və həmin mərhələnin uğurları bugünkü inkişaf üçün zəmin yaradıb.

Sonrakı illərdə əsas məqsədimiz ATMU-nu keyfiyyət baxımından yeni mərhələyə çıxarmaq oldu. İdarəetmə sistemi təkmilləşdirildi, akademik və inzibati strukturlar yenidən formalaşdırıldı. Tədris proqramları müasir tələblərə uyğun yeniləndi, müəllim heyətinin peşəkar inkişafı prioritetə çevrildi. ATMU-da təhsil prosesində şəffaf qiymətləndirmə mexanizmləri tətbiq olundu, rəqəmsal təhsil resursları genişləndirildi, tələbələrin məşğulluq imkanlarını artıran əmək bazarı ilə əməkdaşlıq quruldu, elmi və akademik fəaliyyət canlandırıldı. Bütün bunlar universitetin nüfuzunun artmasına və tələbə marağının yüksəlməsinə səbəb oldu.

- ATMU-nun bu illər ərzində əldə etdiyi əsas uğurları necə sıralaya bilərsiniz?

- Əsas uğurlarımızdan biri ATMU məzunlarının əmək bazarında öz yerlərini tapmasıdır. Təsadüfi deyil ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndə məzunlarımız ölkə üzrə ön pillələrdə qərarlaşıb. Bu gün məzunlarımız dövlət qurumlarında, özəl şirkətlərdə, təhsil və xidmət sektorlarında uğurla çalışırlar. Bundan əlavə, universitetdə peşəkar müəllim kollektivi formalaşıb, tələbələrin sosial və elmi fəaliyyəti genişlənib, ATMU müxtəlif təhsil layihələrində iştirak edir. Bu uğurlar ardıcıl və planlı fəaliyyətin nəticəsidir.

ATMU fəaliyyət göstərdiyi dövr ərzində beynəlmilləşmə və keyfiyyətli ali təhsili əsas strategiya kimi müəyyən edib. Bu yanaşmanın nəticəsi olaraq universitet “Times Higher Education Impact Rankings 2025” reytinqində təmsil olunaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri beynəlxalq səviyyədə təsdiqləyib və bir neçə istiqamət üzrə dünya universitetləri arasında yer alıb. Eyni zamanda, ATMU ilk dəfə “Round University Ranking 2025” reytinqinə daxil olaraq Azərbaycan universitetləri arasında ilk yeddilikdə qərarlaşıb. Bu nailiyyətlər tədrisin keyfiyyəti, elmi-tədqiqat, beynəlmilləşmə və institusional inkişaf sahəsində aparılan islahatların nəticəsidir. Universitetin beynəlxalq əməkdaşlığının mühüm nümunələrindən biri 2007-ci ildən Avstriyanın IMC Krems Universiteti ilə həyata keçirilən ikili diplom proqramıdır. İyirmi il ərzində bu proqram üzrə 400-ə yaxın məzun yetişib. Bundan əlavə, 2023-cü ildən Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. ATMU, həmçinin DAAD kimi mübadilə proqramları vasitəsilə Avropa ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlıq edərək tələbələrə beynəlxalq mübadilə imkanları yaradır.

- ATMU-nun Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlıq universitetə və tələbələrə hansı imkanları yaradıb?

– Bildiyiniz kimi, ATMU Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsidir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq ATMU-nun fəaliyyətində xüsusi yer tutur və strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində turizm sahəsi üçün tələb olunan müasir bilik və bacarıqlara malik kadrların hazırlanması istiqamətində bir sıra layihələr həyata keçirilir. Birgə təşəbbüslər nəticəsində tədris proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılması, tələbələrin istehsalat təcrübələrinin təşkili, müxtəlif təlimlər, seminarlar və sertifikat proqramları reallaşdırılıb. Eyni zamanda, Agentliyin təşəbbüsü və dəstəyi ilə regionlarda turizmin inkişafına yönəlmiş layihələrdə ATMU-nun müəllim və tələbə heyəti fəal iştirak edir. Bu, tələbələr üçün nəzəri biliklərin praktik mühitdə tətbiqi baxımından mühüm imkanlar yaradır. Əməkdaşlıq, həmçinin universitet məzunlarının məşğulluq imkanlarının artmasına, turizm sənayesi ilə ali təhsil arasında daha möhkəm körpünün qurulmasına xidmət edir. Hesab edirəm ki, bu tərəfdaşlıq ATMU-nun sahə üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini daha da gücləndirir.

- ATMU hansı hədəfləri və inkişaf istiqamətlərini müəyyənləşdirib?

- Gələcək mərhələdə əsas hədəfimiz ATMU-nun beynəlxalq mövqelərini gücləndirməkdir. Xarici universitetlərlə əməkdaşlıq, ikili diplom proqramlarının coğrafiyasını genişləndirmək, beynəlxalq layihələr və akkreditasiyalar üzərində iş aparılır. Eyni zamanda, elmi tədqiqatların genişləndirilməsi, innovativ layihələrin və startap təşəbbüslərinin dəstəklənməsi əsas istiqamətlərdəndir.

- 20 illik yubiley münasibətilə ATMU kollektivinə və məzunlara mesajınız nədir?

- ATMU-nun bu günə gəlib çatmasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Müəllimlərimizin zəhməti, tələbələrimizin fəallığı və məzunlarımızın uğurları universitetimizin ən böyük qazancıdır. Əminəm ki, qarşıdakı illərdə ATMU daha böyük uğurlara imza atacaq.

ATMU-nun 20 illik yolu möhkəm təməl üzərində qurulan, davamlı inkişaf və real uğurlarla müşayiət olunan bir yoldur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar