Toğrul Hüseynov: Bələdiyyə aktlarının 97,2 faizi qanunvericiliyə uyğundur
Bakı, 13 fevral, AZƏRTAC
2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81 min 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.
“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”, - deyə Toğrul Hüseynov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:41]
Şəhidlərin övladları üçün “Gənclik düşərgəsi” reallaşdırılıb
- 13.02.2026 [12:29]
WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq
- 13.02.2026 [11:32]
DSMF-də ötən ay 45 mindən çox vətəndaş müraciəti qeydə alınıb
- 13.02.2026 [11:31]
Bələdiyyələrin büdcə gəlirləri artıb
- 13.02.2026 [11:27]
Dövlət Miqrasiya Xidmətinə yanvarda 5 mindən artıq zəng daxil olub
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]
Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq
- 12.02.2026 [23:26]
Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir
- 12.02.2026 [23:01]
Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram
- 12.02.2026 [22:30]