Bakı Fond Birjasında etimad şəbəkəsi yaratmağa çalışırıq
Bakı, 13 fevral, AZƏRTAC
Birja hər bir ölkənin iqtisadi həyatında mühüm rol oynayır. Biz də Bakı Fond Birjasında (BFB) bazar iştirakçıları üçün şəffaf, çox yüksək etik davranış, qarşılıqlı fayda gətirən bir mühit, yəni etimad şəbəkəsi yaratmağa çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu BFB Müşahidə Şurasının sədri Fərid Axundov “Paşa Bankın” Səhmlərin ilkin kütləvi təklifinə dair tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həm BFB-nin, həm də digər bazar iştirakçılarının texniki platformaları xarici bazarlarda fəal olan platformalara inteqrasiya olunur.
“Alternativ investisiya bazarının formalaşmasının vaxtı çatıb. Hazırda Azərbaycan müxtəlif ölkələrin kapital bazarları ilə bağlı vəziyyəti də əks etdirən Qlobal İnnovasiya İndeksində 2 faizlik göstərici ilə təmsil olunur. Bu göstərici listinqdə olan şirkətlərin kapitalizasiyasının ümumi daxili məhsula (ÜDM) nisbətini əks etdirir. "Paşa Bank" ASC-nin yeni səhmlərinin bazara çıxması ilə həmin göstəricinin 3 faizə qədər artması gözlənilir. Fərq az görünə bilər, amma bazar üçün çox mühüm bir irəliləyişdir”, - deyə müşahidə şurasının sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:24]
Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb
- 13.02.2026 [12:17]
® “Azerconnect Group” “mygov” platformasına qoşulub
- 13.02.2026 [12:07]
Ötən ay dünyada elektromobil satışları 3 faiz azalıb
- 13.02.2026 [10:10]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 13.02.2026 [10:07]
Dünya birjalarında neft ucuzlaşıb
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]