Qəbələyə ən çox hansı ölkədən turist gəlir?
Qəbələ, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 7533 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 4393 nəfəri və ya 58,3 faizi Azərbaycan, 3140 nəfəri və ya 41,7 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarda Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 586 nəfər və ya 8,4 faiz artıb. Cari ilin yanvarında yerli turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 473 nəfər və ya 12,1 faiz, əcnəbi turistlərin sayında isə 113 nəfər və ya 3,7 faiz artım qeydə alınıb.
İdarədən verilən məlumata görə, bu ilin yanvarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, ilin birinci ayında bu ölkənin 1249 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin yanvarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 458, Səudiyyə Ərəbistanından 370, Pakistandan 260, Küveytdən 171, Rusiya Federasiyasından 88, Qətərdən 63, Türkiyədən 52, Omandan 50, Gürcüstandan 44, İsraildən 24, Bəhreyndən 18, ABŞ-dan 14 turist səfər edib. Gələnlərin 166 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Yanvarda Qəbələ rayonu ərazisində yerləşən 22 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 121,8 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [17:59]
Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir
- 12.02.2026 [17:23]
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO
- 12.02.2026 [16:57]
Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb
- 12.02.2026 [16:25]
Fermerlərə subsidiya ödənişlərinə başlanılır
- 12.02.2026 [16:13]
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq
- 12.02.2026 [12:47]