Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 12-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi var.

Məlahət İbrahimqızı çıxışında layihənin uğurla başa çatdığını bildirərək bu təşəbbüsün ədəbi mühitdə əhəmiyyətli hadisə olduğunu vurğulayıb. O, müsabiqənin ərsəyə gəlməsi prosesindən danışıb, əməyi olan hər kəsə təşəkkürünü bildirib. Millət vəkili “Bir Elin Manifesti” adının təsadüfi seçilmədiyini qeyd edərək burada bir elin ağrılı taleyinin, yurd həsrətinin və tarixi yaddaşının bədii formada ifadə olunduğunu deyib. Deputat təqdim olunan hekayələrin motivlərinə toxunaraq müəlliflərin mövzuya həssas və məsuliyyətli yanaşdığını vurğulayıb, media tərəfdaşlarına, xüsusilə “Modern.az” informasiya agentliyinə dəstəyə görə minnətdarlığını ifadə edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli layihənin yekun mərasiminin icma üçün əlamətdar hadisə olduğunu bildirib. O, Vətən həsrəti anlayışının müxtəlif mərhələlərindən bəhs edərək bədii ədəbiyyatın milli yaddaşın qorunmasında xüsusi rol oynadığını qeyd edib və yazılan hekayələrin gələcəkdə dərsliklərdə yer almasının vacibliyini diqqətə çatdırıb.

Akademik Misir Mərdanov Qərbi Azərbaycanda baş verən hadisələrin uzun illər bədii şəkildə yetərincə qələmə alınmadığını qeyd edib, bu kimi təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayıb və müsabiqənin təhsil müəssisələrində də təşviq edilməsini təklif edib.

Akademik Nizami Cəfərov “manifest” anlayışının ədəbi və ictimai məzmunundan danışaraq “Bir Elin Manifesti” ifadəsinin geniş ideya yükü daşıdığını bildirib. O, müsabiqənin təşkilində Məlahət İbrahimqızının rolunu xüsusi qeyd edib.

Professor Mahirə Hüseynova gəncləri yazmağa, öyrənməyə və tarixi yaddaşı qorumağa çağırıb. Ekspert Şurasının üzvü Hikmət Babaoğlu isə ədəbi müstəvidə milli mövqenin ifadəsinin əhəmiyyətinə toxunub.

Müsabiqənin şərtlərinə əsasən, 40 yaşadək müəlliflərin daha əvvəl heç bir yerdə çap olunmayan hekayələri təqdim edilib. Münsiflər heyətinin qərarı ilə Qaliblər müəyyənləşdirilib:

I yerin qalibi – İlhamə Nasir qızı Kərimova, “Sonuncu pərdə” hekayəsi,

II yerin qalibi – Könül Nəriman qızı Həsənova, “Əsa” hekayəsi,

III yerin qalibi – Samir Arif oğlu Abdullayev, “Onun adı Lena idi” hekayəsi.

Həvəsləndirici mükafata layiq görülən müəlliflər:

– Həmid Məzair oğlu Piriyev – “Araz da qan rəngindədir, görürsən?”

– Salman Vəli oğlu Balakişiyev – “Gəlinlik donu”, “Möcüzə”

– Nurlana Umudvar qızı Məmmədova – “Zəngi çayının səsi”

– Şəmsi Adilxan oğlu Qocayev – “Xəritənin sirri”

Kitabda Mahirə Hüseynova, Musa Quliyev, Sona İsmayılova, Şəmsi Qocayev, Təhminə Verdiyeva, Ramiz Nəsirov, Salman Balakişiyev, Könül Həsənova, Rufik İsmayılov, Xumar Ələkbərova, İlhamə Nasir, Ayşən Məmmədrzayeva, Rəna Haqverdiyeva, Kəmalə Həsənova, Azər Məmmədov, Neymət Rüstəmli, Həmid Piriyev, Samir Abdullayev, Samirə Şükürova, Nehir Akpolat, Polad Poladov, Nurlana Məmmədova, Mirzəfər Qurbanov, Mədinə Hüseynova, Atanur Nəbiyeva, Əli Kaan Əsgər, Mehriban Cəfərova, Zinyət Əhmədova, İlahə Cəfərova, Aysel Məmmədova, Azər Dəmirçiyev və İslam Əlizadə kimi müəlliflər də yer alıblar. Tədbirdə qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən seçilmiş hekayələr bir neçə xarici dilə tərcümə edilərək kitab halında nəşr olunub və mərasim çərçivəsində təqdim edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və layihənin gələcəkdə davam etdiriləcəyi bildirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO