Qax Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri başa çatır
Qax, 17 aprel, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında rus uşaq yazıçısı Boris Vaynerin “Almaz dağı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru səlahiyyətlərini icra edən, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Afət Yaqubova, Məlahət Məmmədova, Elnurə Əliyeva, Elnarə Razıyeva, Azər Kərimov, Cəbrayıl Quluşov və İlmar Abdullayev ifa edirlər. Əsərdə yaxşılığın pislik üzərində qələbəsindən, sonda ədalətin bərqərar olmasından bəhs edilir.
Tamaşa aprelin sonunda uşaqlara təqdim olunacaq.
Müxbir – Mustafa Dadaşov