Qaxda keçirilən “Xəmsə” intellektual oyunu üzrə yarışda 16 komanda mübarizə aparıb
Qax, 7 noyabr, Mustafa dadaşov, AZƏRTAC
Qaxda Zəfər Gününə həsr olunmuş gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Zəfər liqası” yarışlarına yekun vurulub. Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunun seçim turlarında 16 komanda mübarizə aparıb. Komandalardan 4-ü finala vəsiqə qazanıb.
Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, birinciliyin final mərhələsində Ləkit kənd tam orta məktəbin “Tomris” komandası daha uğurlu çıxış edərək qalib adını qazanıb. Sonrakı yerləri Cəlayir kənd məktəbinin “Təbriz&Qorxmaz” və Qax şəhər 1 saylı tam orta məktəbin “Pandora” komandaları tutublar.
Liqanın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.