Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAYIDIŞ
\1993-Cİ İL 15 İYUN\

Azərbaycan televiziyası Milli Qurtuluş gününə həsr olunmuş silsilə verilişlər hazırlamışdır. İyunun 15-də efirə getmiş ilk verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: 1993-cü ilin iyun hadisələri Azərbaycandakı ictimai-siyasi böhranı son həddə çatdırdı. Cəbhə iqtidarının idarəçiliyini şərtləndirən başlıca xüsusiyyətlər səriştəsizlik, siyasi ambisiyalar, mənəm-mənəmlik və şəxsi maraqlar olduğu üçün bu hakimiyyətin iflası labüd idi. Bu iqtidarla, bu hakim komanda ilə faciədən qaçmaq mümkün deyildi.

Respublikanın ağır günündə baş nazir Pənah Hüseynov, parlamentin sədri İsa Qəmbər istefa verməklə canlarını qurtarmağa çalışdılar. Xalqı hərbi-siyasi bataqlığa salanlar ən yaxşı çıxış yolunu aradan çıxmaqda gördülər. Bütün bu böhranın ağırlığı, yükü isə Heydər Əliyevin çiyinlərinə düşürdü. Ömrü boyu xalq yolunda sınaqlara sinə gərən Heydər Əliyev öz qətiyyəti və cəsarəti ilə bütün bu çətinlikləri böyük mərdanəliklə dəf etdi. Təbii ki, bütün xalq nəinki Ali Sovetə, ümumiyyətlə, respublikaya rəhbər, ölkəni bu ağır vəziyyətdən xilas edəcək milli lider kimi yalnız Heydər Əliyevi görürdü. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev yenə də xalqın və vətənin taleyini bütün vəzifələrdən ali və yüksək tutduğunu bir daha təsdiq etdi.

NƏBİ XƏZRİ \xalq şairi\: Xalqın, vətənin qüdrətli oğlunun, qüdrətli bir insanın, böyük şəxsiyyətin rəhbərliyə gəlməsi Azərbaycanın taleyini əsl düzgün məcrayə saldı. Bu, adi Qurtuluş deyildi, bu, xilaskarlıq missiyası idi. Belə bir missiya ilə cənab Heydər Əliyev Bakıya gəldi. Nə qədər təkidlər etmişdilər, amma o, gəlmək istəmirdi. Lakin xalqın ürəyindən gələn arzunu həyata keçirmək üçün gəldi və yaxşı oldu ki, gəldi. Bu, bizim Milli Qurtuluşumuz oldu. Bu, bizim dövlətçiliyimizin Qurtuluşu oldu.

AYƏT KƏRİMOVA \müəllimə\: Bu qayıdış Azərbaycanı xilas etdi, xalqı məhrumiyyətlərdən, əzablardan, qan-qadadan, anaları göz yaşlarından xilas etdi. Bu qayıdış Azərbaycanı bütün dünyada tanıtdı. Ölkədə bütün sahələrdə aparılan islahatlar, Prezidentimizin daxili və xarici siyasəti öz bəhrəsini verdi.

MİSİR MƏRDANOV \təhsil naziri\: Xalqımızın tarixində çox əlamətdar bir gün olan Qurtuluş günü münasibətilə Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını ürəkdən təbrik etmək istəyirəm.

Bu bayram sözün əsl mənasında, bizim milli tariximizin ən əziz günlərindən biridir. Bu, onunla bağlıdır ki, bizim hər birimiz həmin günü görmüşük və yaşamışıq. Ona görə bu bayramın mahiyyəti haqqında, Azərbaycanımızın həyatında tutduğu yeri barədə danışmazdan əvvəl, istər-istəməz, həmin günlərə qayıtmalı olursan.

Əlbəttə, Qurtuluş gününə müxtəlif müstəvilərdən baxıb qiymət verənlər var. Ancaq mənim fikrimcə, ədalət, haqq müstəvisindən baxarkən o günün qiyməti birmənalıdır ki, həqiqətən, Heydər Əliyevin Naxçıvandan gəlişi və xalqın tələbi, təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində Milli Qurtuluş günü kimi qalacaqdır. Buna mənim qətiyyən şübhəm yoxdur. Əgər Qurtuluş günü olmasaydı, Heydər Əliyev gəlməsəydi, Azərbaycan dağılacaqdı, Azərbaycanın bu günü olmayacaqdı, gələcəyi də olmayacaqdı.

Həmin günlərdə Azərbaycan vətəndaş müharibəsi içərisində idi. Azərbaycan bölünmək, dağılmaq ərəfəsində idi. Heydər Əliyevin həmin qayıdışı Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, bölünməkdən xilas etdi. Heydər Əliyevin qayıdışı qısa bir zaman ərzində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasına şərait yaratdı. Özünün müdrikliyi, böyüklüyü, siyasi uzaqgörənliyi ilə Heydər Əliyev qısa bir zamanda Azərbaycanda müharibəni dayandırdı. Həm vətəndaş müharibəsini dayandırdı, həm də Ermənistan-Azərbaycan münaqişəsində atəşi dayandırdı.

Bu qayıdışdan sonra Heydər Əliyev Azərbaycanın Konstitusiyasını öz əlləri, öz müdrik duası ilə yazdı, dövlətçiliyimizi bərpa etdi. Heydər Əliyev ilk növbədə Azərbaycanın özünü özünə qaytardı. Azərbaycanın dilini özünə qaytardı və Azərbaycanda azərbaycançılıq missiyasını həyata keçirməyə başladı. Bu Qurtuluş bayramı xalqımızın tarixində əbədi olaraq yaşayacaqdır. Çünki həmin gündən sonra Azərbaycanda yüksələn xətlə bir dirçəliş başladı.

VİDADİ BAĞIROV \müəllim\: Ölkəmizin çox bayramları var. Bunların hər biri əzizdir. Bu bayramlardan biri də Milli Qurtuluş günüdür. Qurtuluş günü ölkəmizi xaosdan, hərc-mərclikdən, qanunsuzluqlardan, özbaşınalıqlardan xilas etmişdir. Hər bir bayramın qiymətini vermək, onun qədrini bilmək üçün o vaxtkı hadisələri bir də nəzərdən keçirmək lazımdır. Bunlar yəqin ki, hər birimizin yadındadır. Həmin günləri bir yerdə yaşamışıq. Ölkənin parçalanmaq təhlükəsi vardı, qardaş qanı tökülmüşdü. Belə bir vaxtda möhtərəm cənab Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və bu qayıdışı ilə də bütün bunların qarşısını aldı.

APARICI: Milli Məclisin iyunun 15-də keçirilən iclasında artıq hamı Heydər Əliyevin Ali Sovetin sədrliyinə seçilməsini gözləyirdi . Çünki iyunun 13-də bu məsələni Milli Məclis yekdilliklə həll etmək istəyərkən, Heydər Əliyev özü etiraz etmişdi. O, Gəncəyə gedib vəziyyəti araşdıraraq ictimai-siyasi gərginliyi səngitməyi, qarşıdurmanı aradan qaldırmağı vəzifədən üstün tutdu və öz fikrində təkid etdi.

Qədim Gəncə Heydər Əliyevi böyük sevinc və hörmətlə qarşıladı. Ümidsizlik girdabında çapalayan adamların çöhrəsinə nur ələndi, işıq düşdü. Çalxalanan dənizi xatırladan Azərbaycanın üzərinə Heydər Əliyevin gəlişi ilə, sanki, günəşin isti və nurlu şəfəqləri yayılmağa başladı. O, öz siyasi səriştəsi, təmkin və qətiyyəti ilə Gəncə hadisələrini sakit axara yönəltdi.

Heydər Əliyev Gəncəyə çox uğurlu səfərindən qayıtmışdı. Tarıma çəkilən əsəblər xeyli sakitləşmiş, ölkə rahat nəfəs almağa başlamışdı. Buna görə də iyunun 15-də Milli Məclisin iclasında Ali Sovetə sədr seçilməsinin uzun-uzadı müzakirəyə ehtiyac olmadığını hamı bilirdi. Onu da bilirdilər ki, Heydər Əliyevə nə qədər yüksək səlahiyyət verilsə, ölkədəki vəziyyətin bir o qədər tezliklə həll olunması şəksizdir. Belə bir ağır vəziyyətdə bütün ölkə öz nicatını, qurtuluşunu Heydər Əliyevdə tapdığına görə hamı fikirləşirdi ki, bəlkə də bütün respublikada ona müxalif heç kəs yoxdur. Amma, sən demə, elə Milli Məclisin özündə bəzi peşəkar cəbhəçilər köhnə şakərlərindən əl çəkə bilmirdilər.

İclasa sədrlik edən Tamerlan Qarayevin iyunun 15-də etdiyi hərəkətlər, hətta onun yaxınlarını belə hiddətləndirdi. Məhz bu anda hiss olundu ki, dağılan, parçalanan məmləkətin taleyindən bixəbər kimi Tamerlan Qarayevin könlündən başqa şeylər keçirmiş. Amma Azərbaycan xalqı artıq ayılmışdı. Milli Məclisin 15 iyun iclası canlı yayımla xalqa çatdırıldı və çox mətləblərə aydınlıq gətirdi.

MİLLİ MƏCLİSİN 1993-CÜ İL İYUNUN 15-DƏ KEÇİRİLƏN İCLASINDAN XRONİKA

TAMERLAN QARAYEV: Yetərsay var. Deməli, biz iclasımızı apara bilərik.

Bizim Məclisin keçən iclası yaranmış vəziyyətlə əlaqədar yarımçıq qaldı və vəziyyəti tam aydınlaşdırmaq üçün biz burada müəyyən qərarlara gəldik. İndi biz işimizi davam etdirə bilərik. Bununla əlaqədar mən əvvəlcədən millət vəkillərinə müraciət etmək istəyirəm. Respublikada yaranmış vəziyyətlə əlaqədar qaldırılan bütün məsələlər barədə, bu vəziyyətdən çıxış yolları barədə tam sərbəstliklə fikrinizi, mövqeyinizi bildirəsiniz. İclasa sədrlik edən şəxs kimi mən bunun üçün sizə hər bir şərait yaratmalıyam.

Təklifim nədən ibarətdir? Təklifim ondan ibarətdir ki, biz məsələləri həll etmək üçün respublikadakı mövcud vəziyyət barədə tam dəqiq və obyektiv informasiya almalıyıq. Əgər etiraz etməzdinizsə, məsələlərin həllindən əvvəl respublika hüquq-mühafizə orqanlarının rəhbərləri vəziyyət barədə informasiya verərdilər. Bilirik ki, son həftə ərzində, bizim iclasdan sonra müəyyən danışıqlar gedibdir. Keçən iclasda da belə qərara gəldik ki, Heydər Əliyev Gəncəyə getsin, orada danışıqlar aparsın və qayıdandan sonra bizə bu barədə tam məlumat versin.

 

Bildiyiniz kimi, vəziyyəti sabitləşdirmək üçün tərəflərin müəyyən tələbləri var. Üzr istəyirəm, bu sözü deməyə məcburam. İstəməzdim ki, millətimiz, xalqımız içində müəyyən söhbətlər aparanda, müəyyən məsələləri həll edəndə “tərəflər” sözünü deyək. Təklif edərdim ki, cənab Prezident də bu məsələlərə öz mövqeyini bildirsin. Sonra müzakirədə hər bir millət vəkili öz mövqeyini açıq şəkildə bildirsin.

Bir məsələ haqqında da fikrimi demək istəyirəm. Bu, bizim hər dəfə dediyimiz məsələ - iclasın televiziya ilə yayımlanması məsələsidir. Bizim bu günkü sessiya birbaşa yayımlansın, yaxud reportaj verilsin, yaxud da bu iclas qapalı keçirilsin - bu barədə də fikirlərinizi bildirin. Mən öz şəxsi fikrimi bildirmək istəyirəm ki, tam aşkarlığın tərəfdarıyam. Biz istənilən qərarı burada qəbul edə bilərik. Ancaq xalqımız birbaşa görsün ki, bu qərar hansı vəziyyətdə qəbul olundu, kimlər hansı mövqedə dayandı, nəhayət, bu qərar zərurətdənmi doğdu, yoxsa yox. Xalq bu qərarı qəbul etməsə, biz növbəti dəfə elə bir qərar qəbul edə bilərik ki, bunu dəyişə bilək. Ona görə istərdim, bu barədə fikirlərinizi biləm.

ARİF RƏHİMZADƏ: Tamerlan müəllim, Gəncə hadisələrindən bir qədər xəbərim olduğu üçün sizinlə razıyam ki, həqiqətən, burada hər bir məsələyə düşünülmüş yanaşmaq lazımdır. Televiziya ilə yayım olacaq, ya olmayacaq, iclas açıq olacaq, yoxsa necə olacaqdır. Burada güc nazirlərini dinləyəcəyik, ya dinləməyəcəyik. Mən başa düşürəm, bunun ardıcıllığından, müzakirə formasından çox şey asılıdır. Heydər Əliyev Gəncədə olubdur. Ona görə təklif edərdim ki, onun məsləhətini biləydik, tövsiyəsini eşidəydik.

YAŞAR ƏLİYEV: Tamerlan bəy, mən belə başa düşürəm ki, bugünkü iclas keçən dəfə yarımçıq qalan iclasın ardıdır. Heydər bəyin Gəncə səfəri ilə əlaqədar yarımçıq qaldı. Gəlin, biz ona söz verək, səfəri barədə məlumatı eşidək, ondan sonra işimizi davam etdirək.

RAUF İSMAYILOV: Yaşar Əliyev məsələni düz qoyubdur. Biz keçən dəfə iclası yarımçıq saxladıq və Heydər Əliyev vəziyyətlə tanış olmaq üçün Gəncəyə getdi. Üzr istəyirəm, mən sizin xətrinizi istəyirəm, amma məsələni düz qoymursunuz. Aləm bir-birinə qarışıbdır. Konkret deyilməlidir ki, bu gün gündəlikdə hansı məsələlər durur. Gündəliyi formalaşdırdıqdan sonra müzakirəyə keçmək lazımdır. Siz o qədər söz dediniz ki, mən bilmədim, biz bu gün nəyi müzakirə edirik. Biz bu gün konkret şəkildə təşkilati məsələyə baxmalıyıq, Ali Sovetin sədrini seçməliyik və əgər lazımdırsa, respublikada yaranmış indiki ictimai-siyasi vəziyyətin müzakirəsinə keçə bilərik. İndi biz təşkilati məsələni müzakirə etməliyik. Heydər Əliyev Gəncədə olubdur. Ola bilər, o, öz təəssüratını danışsın. Ondan sonra biz gündəliyi formalaşdırmalıyıq. Gündəlik də belə olmalıdır: Ali Sovetin sədri məsələsi bu gün həll olunmalıdır. Xahiş edirəm, mənim təklifimi səsə qoyun.

TOFİQ QASIMOV: İndi respublikada yaranmış vəziyyət o qədər ciddidir ki, birinci növbədə, bunu müzakirə edib çıxış yollarını axtarmaq lazımdır. Bizim bugünkü iclasımızın əsas məqsədi bu olmalıdır. Mənə elə gəlir ki, təşkilat məsələsini bir-iki gün sonra da etmək olar. Bu, elə də vacib deyil ki, bu gün həll olunsun. Ona görə ki, Ali Sovet rəhbərsiz deyildir. Rəhbərlikdə oturanlar var, iclası davam etmək olar. Amma indiki vəziyyəti bu qaydada uzun müddət saxlaya bilmərik. Mütləq bunun bir həlli yolu tapılmalıdır.

TOFİQ ƏZİZOV: Hörmətli sədarət, millət vəkilləri, bizim Nazirlər Kabinetinin sədri yoxdur, istefa veribdir. Ali Sovetin sədri yoxdur, istefa veribdir. Biz istəyirik çıxış yolları axtaraq. Ancaq bunun məsuliyyətini sabah kim daşıyacaq? Ona görə mən burada deputatların təklifinə qoşulub, xahiş edirəm, söz Heydər Əliyevə verilsin. O, Gəncə haqqında məlumatları bizə çatdırsın. O məsələnin müzakirəsini qurtarandan sonra biz təşkilati məsələyə keçək və Ali Sovetin sədrini seçək.

KAMRAN RƏHİMOV: Biz keçən dəfə inzibati orqanların rəhbərlərini dinlədik. Ondan cəmi bir neçə gün keçibdir. İndi təkrarən onların məruzələrini dinləmək, yəqin ki, bizə heç nə verməyəcəkdir. İstərdim, Heydər Əliyev yoldaş Gəncə barədə mülahizələrini bildirsin. İstintaq komissiyasının üzvləri də xeyli iş görüblər, onlar öz sözlərini desinlər. Biz qalan məsələləri bugünkü işimizə qatmayaq, sonra təşkilat məsələsinə keçək. Çünki bu məsələni yubatmaq lazım deyildir. Bunu tez həll etmək lazımdır. Mən də millət vəkillərinin bu fikri ilə şərikəm. Çox sağ olun.

MİRMAHMUD FƏTTAYEV: Tamerlan bəy, siz bayaq qeyd etdiniz ki, bizim bugünkü iclasımız sırağagünkü iclasın davamıdır. Amma o gündən bu günə qədər respublikada siyasi vəziyyət çox dəyişilibdir. Ona görə də Tofiq Qasımovun fikrini müdafiə edirəm ki, bu iki gün ərzində respublikada baş verən hadisələrlə əlaqədar inzibati orqanlar, əlaqədar nazirliklər məlumat versin. Sonra isə həm Heydər bəyin Gəncə səfərinin nəticələrini, həm də Ali Sovetin sədrinin seçilməsi məsələsini müzakirə edərik.

TAMERLAN QARAYEV: Mən bu barədə fikrimi çatdırıram. Görünür, bəzi deputatlar diqqətlə qulaq asmadılar. Mən təklif etmirdim ki, indi müstəqil məsələ salaq, respublikadakı siyasi vəziyyəti müzakirə edib qurtaraq, sonra təyinat məsələsinə keçək. Yox, söhbət ondan gedir ki, respublikadakı vəziyyət təkcə Gəncə ilə bağlı deyildir. Mənə gələn məlumatlara görə, başqa bölgələrdə də vəziyyət xeyli pisləşibdir. Real vəziyyət barədə məlumatı bilməliyik. Məlumat verilsin ki, biz başqa məsələlərin müzakirəsində qərar qəbul edərkən respublikadakı dəqiq vəziyyət barəsində xəbərimiz olsun. Əgər etiraz etmirsinizsə, burada söylənilən təklifləri səsə qoyaq. Birincisi, bundan başlayaq, Milli Məclisin...

HEYDƏR ƏLİYEV: Bir dəqiqə.

TAMERLAN QARAYEV: Buyurun, Heydər bəy.

HEYDƏR ƏLİYEV: Ayın 13-də saat 12-də Milli Məclisin iclası toplanmışdı. Orada gündəlikdə bir məsələ idi: Ali Sovetin sədri İsa Qəmbərovun istefası və Ali Sovetin sədrinin seçilməsi. Bu məsələ ilə əlaqədar mən Milli Məclisin iclasına dəvət olunmuşam. Bu ərəfədə vəziyyət çox gərgin olduğuna görə, mən Milli Məclisin iclasının təxirə salınmasını xahiş etdim və Gəncəyə getməyim haqqında məlumat verdim. Mən heç də deməmişdim ki, mən gedib Gəncədə vəziyyəti öyrənib gəlib burada məlumat verəcəyəm ki, məsələ müzakirə olunsun. Sadəcə olaraq, bir məsələni - Ali Sovetin sədri haqqında məsələnin həll olunmasının təxirə salınmasını xahiş etdim. Sədr istefa verdi, onun istefası qəbul olundu. Yeni sədr seçilməsi məsələsində xahiş etdim ki, mənə imkan versinlər, Gəncəyə gedim, qayıdım gəlim. Mən getmişəm, gəlmişəm. İndi bu məsələni başqa istiqamətə çevirmək, mənə belə gəlir ki, qətiyyən düzgün deyil və mən bununla razı ola bilmərəm.

Gəncə hadisələri Milli Məclisdə iki gün müzakirə olunub. Deputat istintaq komissiyası yaranıb, komissiya yerdə olub. İndi də işləyir. Bu komissiyanın nəticəsi olmadan Gəncədəki hadisələri müzakirə etmək mümkün deyil. Mənim fikrim belədir. Ona görə də mən anlamıram, nə üçün cürbəcür təkliflər ortaya çıxır. Əgər siz Ali Sovetin sədri məsələsini həll etmək istəyirsinizsə, mən bu işdə iştirak edirəm. Əgər etmək istəmirsinizsə, başqa məsələlər edirsinizsə, mən bu işdə iştirak etmirəm. Mən hər şeyi aydın deyirəm və məsələləri qarışdırmaq lazım deyildir.

TAMERLAN QARAYEV: Dediyiniz, tamamilə aydındır. Biz də tamamilə tam aydın deyirik ki, respublikada Ali Sovetin sədri vəzifəsinə seçki məsələsi İsa Qəmbərovun ya xəstəliyi ilə, ya başqa səbəblə ortaya çıxan məsələ deyildir. Biz indi Ali Sovetin sədri məsələsini həll edəndə bilməliyik ki, bu addım respublikada vəziyyəti sabitləşdirəcəkmi? Bizi əsas narahat edən odur ki, Gəncə faciəsinin qarşısı davamlı alınacaqmı, ya yox? Deputatlar bu barədə bilməlidir ki, məsələnin həllində tam sərbəst və məsuliyyətli qərar qəbul edə bilək. Heydər müəllim, biz xahiş edərdik ki, siz oradakı təəssüratınız, vəziyyətdən çıxış yolları barəsində məsləhətləriniz və sözlərinizlə Milli Məclis qarşısında çıxış edəsiniz. Əgər siz bununla razılaşırsınızsa.

HEYDƏR ƏLİYEV: Siz hamınız burada oturmusunuz, Gəncədən xəbəriniz yoxdur. Heç biriniz oraya getməmisiniz. Burada oturub yenə də məsələ müzakirə etmək istəyirsiniz. Mən gedib bir gün orada qalmışam, gəlmişəm və istəyirsiniz ki, burada sizə, bütün dünyaya elan edim ki, bunun çıxış yolları nədir?

Mən keçən dəfə də dedim. Məni Naxçıvandan buraya vicdanımın tələbi ilə gəlmişəm, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə gəlmişəm və gələn gündən də bu işlərlə gecə-gündüz məşğulam. Əgər Milli Məclisin üzvləri, Ali Sovetin deputatları, başqa şəxslər mənim bu işdə iştirak edib bu işə kömək etməyimə etibar edirlərsə, mən bunu edirəm. Eləmirlərsə, mən bunu etməyəcəyəm. Ona görə də mən indi sizin qarşınızda hansı yolları deyə bilərəm? Bu yollar çoxdur.

Vəziyyət həddindən artıq mürəkkəbdir. Surətin qoşunları gecə gəlib Navahıda durublar. Mən dünən axşam onunla üç dəfə telefonla danışmışam. Məsələ həddindən artıq mürəkkəbdir. İndi burada bunun nəyini müzakirə edəcəyik? Tədbirlər görmək lazımdır. Tədbirləri də səsvermə yolu ilə görmək olmaz. Müəyyən səlahiyyətli adamlar görməlidirlər. Ona görə də mən məsələni bu istiqamətə çevirməyinizə yenə də təəccüb edirəm. Siz yəqin ki, vəziyyətdən çıxış yolu axtarmırsınız, başqa işlərlə məşğul olmaq istəyirsiniz.

TAMERLAN QARAYEV: Məsələ aydındır, təkliflər də aydındır. Xahiş edirəm, millət vəkilləri fikirlərini desinlər. Bu məsələnin, yəni müzakirənin gedişi barədə yalnız səsvermə yolu ilə biz qərar qəbul edə bilərik.

HEYDƏR ƏLİYEV: Vaxt almayın. Siz Ali Sovetin rəhbərlərisiniz. İyunun 4-də Gəncədə hadisə baş verib, niyə oraya getməmisiniz? Sizin qarşınızı kim alırdı? Mən ayın 13-də oraya getmişəm. İyunun 4-dən 13-dək 10 gün vaxt var idi. Siz mənə deyirsiniz ki, oraya mənimlə başqa bir qrup da getsin. Oraya hər cür qrup gedə bilərdi. O cümlədən, siz də, Ali Sovetin sədri də və başqa adamlar da gedə bilərdi. Sizin qarşınızı kim almışdı? Oturub burada cürbəcür söhbətlər aparırsınız. Gəlib Azərbaycanın yarısını tutublar, camaat vahimə içərisindədir.

Deyirsiniz ki, siz mənə dediniz, deputat qrupu getsin, mən razı olmadım. Bəli, hansı deputat qrupu istəyir, getsin oraya. Bu gün də getsin, sabah da getsin. Ancaq mən Ali Sovetin deputatı kimi, Ali Sovet sədrinin müavini kimi, bir vətəndaş kimi Azərbaycan Prezidentinin dəvətini qəbul edərək bu işlə məşğul oluram. İndi siz bu məsələni nə cür müzakirə etmək istəyirsiniz, mən başa düşmürəm. Gəncə hadisələri, ondan çıxış yolları bu gün burada müzakirə oluna bilməz. Birincisi, ona görə ki, istintaq komissiyası işini davam edir, işini aparmalıdır. İkincisi, bu məsələ geniş müzakirə oluna bilməz. İndi bu vəziyyətdən çıxış yolları tapmaq lazımdır. Onu da müəyyən bir qrup, səlahiyyətli adamlar edə bilərlər. Ona görə də siz məni bu məsələlərə çəkməyin. Siz neçə təklifə istəsəniz səs verə bilərsiniz. Ancaq bilin ki, mən bu işlərə qatışmayacağam.

TAMERLAN QARAYEV: Sizin fikriniz aydındır. Mən istəməzdim ki, siz məlumatı bilməmiş, vəziyyəti dəqiq bilməmiş nəsə edəsiniz. Keçən dəfə burada Heydər bəyin Gəncəyə getməsi ilə əlaqədar söhbət oldu. Biz istəyirik bilək, orada gəncəlilər tərəfindən çox kəskin tələblər qoyulubdur, indi o tələblərdən qismən geri dururlarmı? Vəziyyəti sakitləşdirmək üçün çıxış yolu nədən ibarətdir? Bəlkə bu barədə cənab prezident bizə məlumat verə bilər. Buyurun.

ƏBÜLFƏZ ELÇİBƏY: Hörmətli sədarət, hörmətli millət vəkilləri, bu məsələlərin nə cür gərgin olması və nə cür başladığı haqqında sizin məlumatınız var. Doğrudan da, respublika çox ağır, faciəli vətəndaş müharibəsi qarşısındadır. Bunun müəyyən izləri var. Bu məsələ gərginləşəndə, - bu, təkcə mənim öz fikrim deyil, bizim bir neçə millət vəkilinin və dövlətdə çalışan bir sıra məsul şəxslərin də fikridir, - belə fikir oldu ki, vəziyyətdən çıxmaq üçün respublikada olan nüfuzlu partiyalarla, şəxslərlə məsləhətləşmələr aparmaq, onların imkanlarından, enerjisindən, gücündən, bu işdə iştirakının dərəcəsindən istifadə etmək lazımdır.

Bu şərtlə də mən bir neçə adamla görüşdüm. O cümlədən, Naxçıvana telefon edib Heydər bəyin Bakıya gəlməsini xahiş etdim. Mənə elə gəlir ki, Bəxtiyar müəllim buradadır. Keçən dəfə Bəxtiyar müəllim də dedi. Burada oturanların bir neçəsinin adını deyə bilərəm. Bu məsələlərin həlli barədə bir neçə gecə məsləhətləşmələr aparıldı. Biz bu işdə həddən artıq ittiham olunurduq. Hələ məsələnin kökü dəqiq öyrənilməyibdir. Tam üsyana qalxmış insanlar elə şeylər tələb edirdilər ki, bu, çox böyük, sərt qarşıdurmalara gətirib çıxarırdı.

Sərt qarşıdurma olmasın deyə, bizim baş nazir istefa verdi ki, hiddətlənmiş, yaxud dövlətdən, hakimiyyətdən acıqlanmış insanlar yumşalsınlar. Bundan sonra tələblər gəlirdi ki, hamısı istefa versin. Bu məsələ barəsində söhbət bir neçə gün davam etdi. İsa bəy dedi ki, əgər hadisələr sərtləşirsə, vətəndaş müharibəsi baş verməsin deyə, mən də istefa verirəm. Mən də, millət vəkilləri də, iş yoldaşları da ondan dəfələrlə tələb etdilər ki, getmə, qal, vəziyyət get-gedə gərginləşir. Ancaq İsa bəy dedi ki, istefa verirəm. Doğrudan da, cəhdlərimizə baxmayaraq, o, ərizəsini yazıb televiziya ilə elan etdi.

Belə olan şəraitdə respublikada iki mühüm vəzifə - baş nazir və Ali Sovetin sədri vəzifələri boş qalıbdır. Demək, dövlət iflasa gedir. Hər bir dövlətdə bu məsələləri tez həll edirlər. Ona görə də Ali Sovetin sədri seçilməsi məsələsi İsa bəy istefa verdiyi günün səhəri qoyuldu və o məsələnin birinci hissəsi həll edildi. İkinci hissəsinə gəldikdə isə, müəyyən şərtləşmələr, məsləhətləşmələr əsasında dayandırıldı. Xahiş edirik, bu gün həmin məsələ yenidən qoyulsun və Ali Sovetin sədri seçilsin. Bu məsələni qurtarmaq lazımdır.

Mən sizə bir şeyi demək istəyirəm. Yəqin çoxunuzun xəbəri var. Onlar sadəcə olaraq, gəlib Navahıda durmayıblar. Dünəndən müəyyən qızışmalar gedir, atışmalar var. Bir neçə adam - o tərəfdən də, bu tərəfdən də yaralanıbdır. Görünür ki, qırğına sürükləyirlər. Bu məsələni təcili həll etmək üçün bu gün Ali Sovetin sədri seçilməlidir. Heydər bəyin nüfuzu bu məsələnin həllinə müəyyən qədər təminat verir. Bu, sizin hamınızın ictimai fikri olubdur. İndi burada yenidən müzakirə olmayacaqdır.

Siz komissiya yaratmısınız. Komissiya məsələni həll etməlidir. Komissiyasız heç kim qiymət verə bilməz. Nə siyasi qiyməti düzgün verəcəksiniz, nə də hüquqi qiyməti düzgün verəcəksiniz. Gərək istintaq olsun. Yoxsa ki, mən getdim-gəldim, bir xəbər mən verirəm, bir xəbər Həsən verdi, bir xəbər Hüseyn verdi. Bundan biz düzgün nəticə çıxara bilmərik. Ona görə xahiş edirəm, bu məsələni kənara qoyasınız və Ali Sovetin sədrini seçəsiniz.

TAMERLAN QARAYEV: Mən bütün təklifləri eşitdim. Burada yazılanlar var, təkid etmirlərsə, səsə qoyum və siz, Milli Məclisin üzvləri məsuliyyəti dərk edib bu məsələni üzərinizə götürüb həll edin.

AFİYƏDDİN CƏLİLOV: Hörmətli millət vəkilləri, mənə belə gəlir ki, bugünkü iclası emosiyalara qapılıb başqa məcaraya aparmaq lazım deyildir. Respublikada vəziyyət həddindən artıq ağırdır. Biz, Milli Məclisin hər bir üzvü bir il birgə fəaliyyətimizdə istər formaca, istərsə də məzmunca həddindən artıq siyasi yetkinlik əldə etmişik. Bu gün buraya yığışmağımızın əsas məqsədi bəllidir. Ona görə də burada verilən təklifləri - respublikadakı vəziyyət təhlil olunsun, bunun ətrafında müzakirələr açılsın, bu məsələlər televiziya ilə camaata çatdırılsın, - kənara qoyaq. Mən aşkarlığın əleyhinə deyiləm, amma respublikada yaranmış vəziyyət daha da ağırlaşa bilər.

Burada hörmətli Prezidentimiz nitq söylədi. Bu nitqi Milli Məclisin üzvləri dərin məsuliyyətlə başa düşürlər. Ona görə təklif edirəm ki, - təklif edənlər çoxdur, heç kimin səsini almaq niyyətində deyiləm, - müzakirələr kəsilsin, Milli Məclis öz işini davam etdirsin, təşkilati məsələyə baxılsın. Həqiqətən, respublika bu gün işləmir. Bu gün respublikada idarəetmə iflic vəziyyətindədir. Ali Sovetin sədri yoxdur, baş nazir yoxdur. Belə bir şəraitdə bu müzakirələr respublikanı ağır vəziyyətdən çıxarmayacaqdır. Respublikanın prezidenti ilə yanaşı, digər rəhbərlər də müəyyən olunmalıdır və respublika bu ağır vəziyyətdən çıxarılmalıdır.

TAMERLAN QARAYEV: Aydındır. Söz deməyə təkid edən yoxdur ki?

TAHİR ƏLİYEV: Hörmətli Prezident, millət vəkilləri, hamınız qəşəng bilirsiniz ki, bu gün respublikada nə baş verir. Deputat istintaq komissiyasının üzvü kimi tələb edirəm ki, Gəncə hadisələrinin nəticəsi haqqında heç kim əvvəlcədən öz fikrini deməsin. Komissiya işləyir və mən bunu özüm demişəm, ən obyektiv bir qərar çıxaracaqdır. Bu, başqa komissiyalara oxşamayacaqdır.

Gəncə hadisələrindən sonra Azərbaycanda qarşıdurma olmasın deyə, biz, yəni komissiya təcili olaraq həm Prezidentə, həm də bütün Azərbaycan xalqına müraciət etdik. Müraciətimiz o oldu ki, heç bir tərəf özünü təmizə çıxarmağa çalışmasın, vəziyyəti daha da gərginləşdirməsin. Ancaq bildiyiniz kimi, vəziyyət həddindən artıq gərgindir. Şəxsən mən Gəncədə iki dəfə olmuşam. Əgər kim deyirsə, Gəncəyə getmək istəyirəm, heç kimin qarşısını almırlar, getmək lazımdır. Ancaq bəziləri oraya getməyə cürət etmirlər. Ona görə ki, o qədər yalançı işlərlə məşğul olublar, xalqın qarşısına çıxmağa üzləri yoxdur.

İclasımız keçən dəfə yarımçıq qalıbdır. Hamı bilir ki, biz buraya nəyə görə yığışmışıq. Bu vəziyyəti daha da gərginləşdirmək olmaz. Bilmirdiniz ki, söhbət Heydər Əliyevdən gedir? Hamımız bilirdik və buraya yığışmışıq ki, sədr məsələsini həll edək. Prezidentin məsləhəti ilə, Heydər Əliyevin məsləhəti ilə mən də orada oldum. Camaatın içinə çıxmaq mümkün deyildi. Bu gün Azərbaycan xalqına bir ağsaqqal lazımdır ki, bu qardaş qırğınının qarşısını alsın. Məgər bunu bilmirsiniz? Bunu hamı qəşəng bilir.

Hörmətli Tofiq Qasımov, siz həmişə xaricdə olursunuz. Sizin Azərbaycandan xəbəriniz yoxdur. Bayaqdan özlərinə bəy deyənlər indi hamısı gədə olub orada-burada gizləniblər. Azərbaycan xalqını qarşı-qarşıya qoymuşuq. Biz gələndə gördük, o tərəfdən Surətin dəstəsi, bu tərəfdən hökumətin dəstəsi - biz haraya gedirik? Belə dövlətçilik olar? Bu gün Azərbaycan xalqının övladı olan hər bir kəs çalışmalıdır ki, qarşıdurma olmasın. Bu gün hamımız qəşəng başa düşürük ki, hakimiyyətdə boşluq yaranıbdır. Baş nazir yox, Ali Sovetin sədri yox - biz haraya gedirik? Xahiş edirəm, Tamerlan bəy, bu məsələni süni surətdə uzatmaq lazım deyildir. Burada bir məsələ var, bunu hamımız bilirik, hamımız şüurlu adamlarıq. Respublikanın Prezidenti Əbülfəz bəy də fikrini dedi. Gəlin, bununla məsələni qurtaraq. Əsas bir məsələ var, onu həll etməliyik.

BƏXTİYAR VAHABZADƏ: Mən Tahir Əliyevin fikri ilə tamamilə şərikəm. O, hər şeyi bizim üçün aydınlaşdırdı. Siz deyirsiniz ki, oyun oynamayın. Amma mən diqqətlə baxıram. Tamerlan bəy, mən şair adamam, siyasətdən-zaddan o qədər də baş açmıram. Amma diqqətlə fikir verin. Axı biz də çörəyi qulağımıza yemirik. Oyunu oynayan siz özünüzsünüz. Oyunu siz oynayırsınız. Siz məsələnin yönünü başqa istiqamətə döndərirsiniz.

Xeyrulla müəllim çox gözəl dedi: Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma. Atan yaşında kişidir. Yoxsa, yenə də o dəfəki kimi bu kişini hörmətsiz etməyə başlamısınız? Biz onu buraya xahişlə gətirmişik. Niyə o kişini hörmətsiz edirsiniz? Tamerlan, əgər sənin ləyaqətin vardısa, bu müddətdə nə etmisən? Bu bir ildə nə iş gördün? Axı bu oyunların hamısı bizim gözümüzün qabağında gedir. Oyun deyirsən, bizə söz atırsan. Amma bu oyunu oynayanın başçısı sənsən.

Gəlin hər şeyi açıq danışaq. Bütün millət bu saat Heydər Əliyevi gözləyir. Əgər istəyirsinizsə ki, bu odun üstünə su tökəsiniz, Heydər Əliyev vəzifəyə gəlməlidir. Mən açıq, birbaşa deyirəm. Mən siyasət-zad qanmıram, bu saat millətin hamısının ümidi o kişiyədir. Niyə bu millətin ümidini yerə vurursunuz? Prezidentimiz çox gözəl dedi və təsadüfi demir. Prezidentimiz çox gözəl bilir ki, millət bu saat hansı əhval-ruhiyyə ilə yaşayır. Niyə bizim isti aşımıza su qatırsınız? İndi bizim millətin ağsaqqala ehtiyacı var. Uşaq-muşağa ehtiyacı yoxdur. Gördük, uşaq-muşaqlar nə etdilər.

Mən Prezidentin fikrinə gəlirəm. Biz keçən dəfə iclası yarımçıq qoyduq. Heydər Əliyev özü dedi ki, mən istəyirəm, gedib tanış olam. İndi siz təklif edirsiniz kİ, inzibati orqanlar gəlib hesabat versin. İnzibati orqanlar bizə nə hesabat verəcək? O dəfə verdilər də, nə dedilər? Hamısı dedi ki, bizim xəbərimiz yoxdur. Onda mən yerdən dedim ki, belə çıxır, bütün günahlar bizim, buradakı deputatların boynundadır, günahkar bizik.

Təzədən nə başlamısınız? Deputat İstintaq Komissiyası yaratmısınız, qoy, komissiya işini görsün, ondan sonra bu məsələni əməlli-başlı müzakirə edək. Amma bu gün biz buraya yığışmışıq ki, Ali Sovetin sədrini seçək. İsa Qəmbərov istefa veribdir. Siz deyirsiniz ki, İsa Qəmbərov istefa verib, amma qan tökülübdür. Qan İsa Qəmbərova qədər tökülübdür. Mən bilmirəm, nəyi müzakirə edəcəksən. İsa Qəmbərov istefasını verib, qurtarıb. Təklifim budur ki, biz bu gün Ali Sovetə sədr seçməliyik.

VAHİD ƏHMƏDOV: Açıq demək istəyirəm ki, bu məsələ Prezidentin yanında bir neçə dəfə müzakirə olunubdur. Doğrudan da baş nazir, Ali Sovetin sədri istefa veriblər. Bu gün dövlət iflic vəziyyətindədir. Mən xalq təsərrüfatına rəhbərlik edən bir şəxs kimi hesab edirəm ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Biz qəti qərar çıxarmalıyıq. İndi burada söhbətlər gedir ki, Ali Sovetin sədri kim seçiləcəkdir. Kimliyindən asılı olmayaraq, hər hansı bir şəxs özünü Ali Sovetin sədri vəzifəsinə layiq bilirsə, bizim suallarımıza cavab verib bugünkü məsuliyyəti, Gəncə ilə əlaqədar hadisələri real həll etməyi üzərinə götürəcəkdir.

Ona görə bu gün iclasın əsas məqsədi Ali Sovetin sədrini seçməkdən ibarətdir. Yenə deyirəm, respublikanın iqtisadiyyatında həddindən çox ağır vəziyyət yaranıbdır. Bir həftədir baş nazir yoxdur. Hətta hörmətli Prezident sərəncamla müavinə həvalə etməyib ki, baş naziri əvəz etsin. Nə qədər sənəd qalıbdır. Amma təsərrüfat işləməlidir. Kimliyindən asılı olmayaraq, bu gün Ali Sovetin sədrini seçməliyik. Mütləq seçməliyik ki, Ali Sovetin sədri bütün məsuliyyəti başa düşərək, Gəncə hadisəsi ilə əlaqədar yaranmış vəziyyəti Prezidentlə bir yerdə həll etsin. Bundan sonra biz sabah, biri gün baş nazir məsələsini də həll etməliyik. Xahiş edirəm, heç kimə söz verilməsin, məsələlər səsə qoyulsun. Vəziyyət həddindən artıq çətindir.

TAMERLAN QARAYEV: Aydındır, təkliflər aydındır. Təkid edən yoxdursa, icazə verin, səsə qoyum. İsa bəy, buyurun.

İSA QƏMBƏROV: Hörmətli cənab Prezident!

Hörmətli sədarət!

Hörmətli millət vəkilləri!

Mən bu gün Milli Məclisdə yaranmış gərginliyin səbəbini həm başa düşürəm, həm də başa düşmürəm. Aydındır kı, keçən dəfə olduğu kimi, bu dəfə də Ali Sovetin sədrini seçməyə yığışmışıq. Burada iki fikir ola bilməz. Təbiidir ki, burada irəli sürülən fikirlərin hamısını kənara qoymaq olar. Ancaq bir məsələdə mən Tamerlan bəylə həmrəyəm.

Keçən dəfə Heydər bəy çıxışında dedi ki, əgər Milli Məclis etiraz etmirsə, bu bizim ümumi fikrimizdirsə, mən Gəncəyə yola düşürəm. Orada vəziyyəti yerində öyrənəcəyəm, məsləhətləşmələr aparacağam və qayıdandan sonra təkliflərimi Milli Məclisə bildirəcəyəm. Mən bu sözə çox ümidlə yanaşdım. Çünki söhbət ondan getmir ki, Heydər bəy özünün Gəncə təəssüratlarını danışsın, Gəncədə baş vermiş hadisələrin dəqiq qiymətini versin. Heydər bəy özü də bu gün burada söylədi ki, komissiya işini başa çatdırmalıdır. O, tamamilə haqlıdır. Ancaq burada bəzi məsələlər var. Məlumdur ki, keçən dəfə Milli Məclisimizin iclası niyə yarımçıq qaldı. Rəhim bəy burada dedi ki, Gəncədə şəhərə nəzarət edən qüvvələr tələb edirlər ki, Prezident istefa versin, Ali Sovetin sessiyası toplansın və sair. Ali Sovetin sessiyasının toplanması Azərbaycanın indiki ağır vəziyyətində, əslinə qalsa, cılız bir məsələdir. Yəni toplana da bilər, toplanmaya da bilər. Ancaq Prezidentin istefası məsələsi elə asan məsələ deyildir. Bu məsələyə münasibət bildirilməlidir. Mənə elə gəlir ki, Heydər bəy hadisələrə münasibətini, mövqeyini, öz təkliflərini bildirəndə, bu məsələyə də toxunmalıdır.

Qalan məsələlər nə qədər ciddi olsa da, operativlik naminə o məsələləri bəlkə də təxirə salmaq olar. Ancaq yaddan çıxarmayaq ki, Məclis ayın 4-də baş vermiş hadisələrin ilkin müzakirəsini keçirib. 4-dən sonra baş verən hadisələr, xüsusilə məclisdən sonra, ayın 9-dan sonra baş verən hadisələr hələ ki, Milli Məclisin müzakirə dairəsindən kənarda qalıb və proseslər davam edir. Bu proseslərə də hansısa şəkildə münasibət bildirilməlidir. Mənə elə gəlir ki, Heydər bəy də bu məsələyə öz münasibətini bildirməlidir. Namizədlər öz mövqeləri, məsələlərə baxışları barədə Milli Məclisə, xalqa məlumat verməlidirlər.

ARİF RƏHİMZADƏ: Çox qəribə bir vəziyyət yaranıb. Hörmətli Prezident, təklif edir ki, təşkilati məsələ həll olunsun. Demək, burada Prezidentin təklifini şübhə altında qoyurlar. Surət Hüseynovun əsas tələbi, Prezidentin olub-olmaması məsələsi qəbul olunub, ya qəbul olunmayıbdır. Yəni Prezident özü belə bir məsələni müstəqil olaraq həll edə bilmir. Mütləq gərək bizə desin.

Burada tamamilə düzgün deyildi ki, çirkin bir oyun gedir, Tamerlan bəy, mən sizinlə razıyam. Özü də bu oyunu aparan sizsiniz. Azərbaycanın belə gərgin vəziyyətində də siz o çirkin oyunlarınızdan əl çəkmirsiniz.

İki gün bundan qabaq yığışmısınız, bölgü aparmısınız və belə qərara gəlmisiniz ki, siz burada seçiləsiniz. Siz bu qandan da utanmırsınızsa, orada oturmağa layiq deyilsiniz. Ümumiyyətlə, mən təklif edirəm ki, orada siz sədrlik etməyəsiniz. Çünki siz bu məsələdə maraqlı tərəfsiniz. Özü də çox çirkin maraqlı tərəfsiniz.

Xahiş edirəm ki, mənim bu təklifimi səsə qoyasınız. Sədrliyi Afiyəddin müəllim aparsın və Prezidentin təklifi səsə qoyulsun. Sağ olun.

TAMERLAN QARAYEV: Arif bəy, siz açıq təhqirə keçirsiniz. Bu sizə yaraşmır. Siz burada dəfələrlə təhqir olunanda, mən daim onun qarşısını alan adamlardan biri idim. Millət vəkilləri, Məclis üzvləri, zəhmət olmasa, indi deyilən təkliflərə münasibətinizi bildirin. Birinci təklif ondan ibarət oldu ki, hüquq-mühafizə orqanlarının nümayəndələri respublikada indi baş verən, - bunun Gəncə məsələsinə aidiyyatı yoxdur, - hadisələr barəsində millət vəkillərinə qısaca məlumat versinlər. Buna ehtiyac var, ya yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin. Təklif bundan ibarətdir. Buyurun.

Təklif qəbul edilmədi. İkinci, bu sessiyaımızın dayandırılmasına səbəb olan Gəncədəki danışıqlar, bu danışıqların nəticəsi barədə məlumata ehtiyac var, ya yox? Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Təklif qəbul edilmədi.

Xahiş edirəm, gündəlikdə təklifə - Ali Sovetin sədrinin seçilməsi, təşkilati məsələyə münasibətinizi bildirəsiniz. Təklif qəbul edildi, gündəliyə salındı. Mənə elə gəlir ki, başqa təklif yoxdur.

Deməli, gündəlikdə bizim bir məsələ - Ali Sovetin sədrinin seçilməsi məsələsi var. Bildiyiniz kimi biz bu məsələni həll etmək istərkən, keçən dəfə deputat Rəhimzadə də bu mövzuya toxundu. Burada açıqlandı, ona görə mən deyirəm. Əgər bu təklif veriləcəksə, - mən buna şübhə etmirəm, - deputat Heydər Əliyevin namizədliyindən söhbət gedirsə, biz onun Milli Məclisə üzv seçilməsi məsələsini həll etməliyik. Bu barədə nə kimi fikirlər var? Üzr istəyirəm, siz məni düzgün başa düşmədiniz. Onu Milli Məclisə üzv seçmək üçün biz Milli Məclisin tərkibi məsələsini, deputatların sayının artırılması məsələsini həll etməliyik. İzahata qulaq asın. Qanunda 50 nəfər göstərilib. Milli Məclisin 50 üzvü var. Biz indi o qanuna dəyişiklik edib, onun sayını artırmalıyıq, yaxud da Milli Məclis üzvlərindən kimisə Milli Məclisdən çıxarmalıyıq.

YAŞAR ƏLİYEV: Tamerlan bəy, mən istəmirəm ki, Milli Məclisin üzvləri fikirləşsinlər ki, Heydər bəyin namizədliyi nəzərdə tutulub. Mən Ali Sovetin sədrliyinə onun namizədliyini rəsmi təklif edirəm.

İkincisi, qanunda ziddiyyət varsa, mən xahiş edirəm ki, Milli Məclisin üzvlərinin sayı 51 nəfər olsun. Bu qanun keçməsə, Milli Məclisdən xahiş edirəm ki, mənim səlahiyyətlərimə xitam versin.

TAMERLAN QARAYEV: Aydındır. Başqa təklif yoxdur ki? Yoxdur. Deməli, təklif ondan ibarətdir ki, Milli Məclis üzvlərinin sayı 51 nəfər olsun. Bu barədə bizim konstitusiya qanununa dəyişiklik etməliyik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Qəbul edildi.

ASYA MANAFOVA: Keçən dəfə mən Milli Məclisin, Prezidentimizin yanında məsələ qaldıranda ki, ləzgilərin hamısını unudursunuz, - mən ləzgi qrupları adından danışıram, - Milli Məclisdə nə üçün onların nümayəndəsi olmasın, cavab belə oldu ki, burada deputatlar 25-25 sayda seçilmişlər. Ona görə də rotasiya məsələsinə yenidən baxılmayacaq. Əgər rotasiya məsələsinə baxırsınızsa, xahiş edirəm, bu məsələni də qaldırın. Amma mənim belə bir təklifim var, hazırda bu məsələyə baxmaq lazım deyil. Gəlin qarşıda qoyulmuş məsələyə baxaq, məsləhət olarsa, gələn məclislərin birində rotasiya məsələsinə də baxarıq.

TAHİR ƏLİYEV: Gündəlikdə bir məsələ var. Biz bu gün Heydər Əliyevi sədr seçməliyik ki, qardaş qırğınının qarşısı alınsın. Xahiş edirəm, oyun çıxarmayın. Bəsdir.

TAMERLAN QARAYEV: Ali Sovetin sədri məsələsi... Qanunvericilikdə gizli səsvermə nəzərdə tutulubdur. Yəni bülleten hazırlanmalıdır və hesablayıcı komissiya seçilməlidir. Hesablayıcı komissiyanın tərkibinə və sayına dair hansı təklifiniz var. Yəni komissiya neçə nəfərdən ibarət olsun.

CÜMŞÜD NURİYEV: Tamerlan bəy, qanunda var ki. Ali Sovetin sədri gizli və açıq səsvermə yolu ilə keçirilə bilər. Bir də ki, FİLİPS sistemi onsuz da gizli səsvermə sistemidir. Mənə elə gəlir ki, nə təzədən bülleten elan etmək lazımdır və nə də yeni komissiya yaratmaq lazımdır. Bizim xahişimiz ondan ibarətdir ki, burada mətbuat işçiləri var, xahiş edirəm, kim necə səs verəcək, onlara təzyiq göstərməmək üçün, millət vəkillərinin yanında oturanlar oradan aralansınlar. Çünki bu bir az təzyiq kimi qiymətləndiriləcək. Bu, Milli Məclisin bilavasitə üzvü olmayan deputatlara da aiddir. Milli Məclisin üzvləri burada birbaşa səslərini versinlər. Bundan ötrü nə komissiya yaradaq, nə də başqa bir şey. Yəni gələcəkdə söhbət olmasın ki, kim necə səs verib. Bu, bizim millətin qanında var. Ona görə, təhlükəsizliyin təmin olunması və söz-söhbətin olmaması üçün bunu etmək lazımdır. Səsvermə onsuz da gizli gedir. Bundan ötrü komissiya yaratmaq lazım deyil.

TAMERLAN QARAYEV: Deputat Nuriyev təklif edir ki, biz səsverməni bu mexanizm vasitəsilə keçirək. Başqa təklif varmı?

TOFİQ QASIMOV: Mən deputat Nuriyevin dediyi ilə razıyam. Yəni biz bu adi qayda ilə səs verə bilərik. Təkcə Milli Məclis üzvləri qalsın. Amma mən hesab edirəm ki, biz keçmiş vaxtlardan fərqli olaraq, bu gün Ali Sovetin sədrini alternativ əsaslarla seçməliyik. Bir nəfər namizəd göstərməklə kifayətlənmək lazım deyil. Zaldan soruşun, bəlkə namizəd vermək istəyənlər var.

TAMERLAN QARAYEV: Təklif olsa, səsə qoyarıq. Namizədlərin irəli sürülməsi proseduruna keçək. Bir namizəd - deputat Heydər Əliyevin namizədliyi Yaşar Əliyev tərəfindən irəli sürülüb. Qanuna görə, Prezidentin Ali Sovetin sədrliyinə namizəd göstərmək səlahiyyəti çatmır. Başqa təklif varmı? Başqa təklif yoxdur. Onda xahiş edirəm, Milli Məclisin üzvü olmayan deputatlar, başqa vəzifəli şəxslər, zəhmət olmasa, başqa sıralarda keçib əyləşsinlər. Milli Məclis üzvlərinin yanında əyləşməsinlər.

Azərbaycan Respublikası Ali Soveti sədrliyinə yeganə namizəd - Əliyev Heydər Əlirza oğlunun namizədliyi irəli sürülür. Deputat Əliyev, xahiş edirəm, tribunaya buyurun.

İBRAHİM İBRAHİMOV: Heydər bəy, Siz Gəncədə olmusunuz, yəqin ki, çox uzaq deyil, yadınızdan çıxmayıb. Siz Gəncəyə ona görə getdiniz ki, orada vəziyyəti öyrənəsiniz və yaranmış bu vəziyyətdən çıxış üçün təkliflərlə gələsiniz. Mən Sizin münasibətinizi bilmək istəyirəm. Siz Gəncəyə gedəndən sonra Milli Məclis Gəncə qiyamında iştirak edənlərə amnistiya haqqında xüsusi qərarla güzəşt vermişdi. O cümlədən, onların müəyyən şərtləri əsasında baş nazir, həm də Ali Sovetin sədri istefa vermişdi. Amma buna baxmayaraq, bayaq Siz də qeyd etdiniz, - bizdə olan məlumata görə, Surət Hüseynovun adamları son günlər, Hacıqabula qədər gəlib çıxıblar. Yəni, təkcə Gəncədə deyil, Gəncədən müxtəlif rayonlara çıxıblar. Bu da, təbiidir ki, həmin hadisəyə siyasi və hüquqi qiymət vermək üçün bir faktdır. Sizin buna münasibətiniz necədir? Surət Hüseynovun qoyduğu tələb ki, var - Prezidentin istefası, Sizin buna münasibətiniz və bu məsələlərə zəmanətiniz necədir? Mən bir də fikrimi açıqlamaq istəyirəm ki, yaranmış vəziyyətdən çıxmaq üçün belə bir situasiya əmələ gəldi. Sizin Ali Sovetin sədri olmağınız vəziyyətdən çıxmaq üçün bizə, bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütövlükdə Azərbaycan xalqına zəmanət verə bilərmi, yoxsa yox. Çox sağ olun, təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, Gəncədə vəziyyət həddindən artıq gərgindir. Bu məsələlərin həll olunması böyük səylər tələb edir. Ona görə də mən indi Gəncədəki vəziyyət haqqında, apardığım danışıqların məzmunu haqqında məlumat verməyi məsləhət görmürəm.

Mən Gəncədən qayıdan kimi dərhal Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin yanında olmuşam, bir neçə saat bütün məlumatları Əbülfəz Elçibəyə vermişəm. Əgər mən bu işə, bir də qeyd edirəm, öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, demək, mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın.

Burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib, bu məsələnin ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan buraya özüm gəlməmişəm. Məni buraya dəvət ediblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlim, burada bir vəzifə tutum, bu məsələlərin həll olunmasında bərabər iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm.

Bu gün də imtina edirəm. Ona görə də hiddətlənirəm ki, Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar, on gündür ki, barmaq-barmağa vurmayıblar. Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunada çıxış edərkən demişdim ki, mən xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək etmək üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm ki, heç bir vəzifə tutmaq iddasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə buradan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə təminat vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət əgər mənə vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müavini kimi, etimad göstərsəniz, - baxmayaraq ki, mən bunu istəmirəm, bu ağır vəziyyətdən çıxmaq üçün Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burada danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir təminat vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır, millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar.

AFİYƏDDİN CƏLİLOV: Hörmətli millət vəkilləri, sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Tamerlan Qarayev zalı tərk etdi. İcazə verirsinizsə, iclası mən davam etdirim. Onda xahiş edirəm, Azərbaycan Respublikası Ali Sovetinin sədrliyinə irəli sürülmüş namizəd - Heydər Əlirza oğlu Əliyevin seçilməsinə, Tahir bəyin qaldırdığı məsələyə öz münasibətinizi bildirəsiniz.

Qəbul olundu. Milli Məclisin üzvlərindən xahiş edirəm, Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə namizədliyi irəli sürülmüş - Heydər Əlirza oğlu Əliyevin namizədliyinə münasibətinizi bildirəsiniz. Qərar qəbul olundu.

Heydər bəy, mən Milli Məclis adından Sizi təbrik edirəm və respublikanın ağır günündə belə bir ağır yükün çiyninizə düşməsi ilə əlaqədar, gərgin işinizdə Sizə müvəffəqiyyət arzu edirəm. Başqa fikir yoxdursa, Heydər bəy, buyurun, söz Sizindir.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MİLLİ MƏCLİSİN 1993-CÜ İL 15 İYUN TARİXLİ İCLASINDAKI ÇIXIŞI

- Hörmətli millət vəkilləri, hörmətli Prezident!

Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm.

Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq, əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan demokratik respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq, bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir başqa dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm.

Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm.

Dünən elan olunan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Türkiyənin təşəbbüsü nəticəsində imzalanmış sənəd bizim müharibə şəraitindən tədricən çıxmağımız üçün ilk addımdır. Yəqin ki, bu sahədə gələcəkdə daha da güclü tədbirlər görülməlidir ki, Azərbaycan Respublikası bütün ərazisinin sahibi olsun və bizim xalqımız müharibə şəraitindən çıxa bilsin.

Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yola davam etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam.

İndi bizim respublikanın gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış gərginliyi aradan qaldıraq. Dünən Prezident Əbülfəz Elçibəylə bu barədə danışıqlarımız olub. Gəncədə də mən danışıqlar aparmışam, mənimlə gedən şəxslərlə və təkbətək. Ona görə mən güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi aradan götürməyi, bu qarşıdurmanı aradan götürməyi təmin edə biləcəkdir. Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağsaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmağımız şübhəsiz ki, bunları təmin edə biləcək.

Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq.

Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək.

Azərbaycanda gərginlik bir tək Qarabağ problemi ilə, yəni Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar olan səbəblərdən deyil. İndi Gəncə hadisələri baş verdi. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq.

Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti, hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim Şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir.

Azərbaycan Respublikası artıq ümumdünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və Avropanın başqa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir. Bir sözlə, sadəcə olaraq xarici siyasət sahəsində öz mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi, bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Bizim Prezidentimizin fəaliyyətinin, Ali Sovetin, hökumətin fəaliyyətinin uğurlu olması yolunda çalışacağam.

Ancaq bunların hamısından ümdə indi Gəncədə baş veşmiş hadisələri, bununla əmələ gəlmiş gərginliyi aradan götürməkdən ibarətdir. Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm, bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər və biz bu bəladan qurtara biləcəyik.

Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm. Sağ olun.

X X X

APARICI: Tarixin o sınaqlı günlərində bu, bir liderin, bir rəhbərin öz xalqına xitabı idi. Ən çətin, ən dözülməz günlərini yaşayan bir məmləkəti azadlıq, müstəqillik uğrunda dönməzliyə ruhlandıran, onu bütün tufanlardan, qasırğalardan keçirəcək milli liderin çağırışı idu. Elə bir liderin ki, hamını Azərbaycanın müstəqilliyi, azadlığı, gələcəyi uğrunda iradəyə, qətiyyətə, dönməzliyə səsləyirdi. Əzablar içində çırpınan xalq neçə vaxt idi ki, onu tufanlardan xilas edəcək bu səsin həsrətində idi.

Azərbaycan özünü tanıdırdı. Milli iqtisadi dirçəlişin yeni mərhələsində müstəqil respublikanın da yeni tarixi yazılırdı. Bu, xalqın taleyində yeni səhifə idi. Bu, təkcə millətin, ölkənin taleyində adi hadisə deyildi. Bu, bir tarixi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı deyildi. Bu, od içində alovlanan, qan içində inildəyən bir məmləkətin nicatı, qurtuluşu idi.

ARİF MƏLİKOV /bəstəkar\: 1993-cü ildə Heydər Əliyevin Azərbaycana qayıdışını, -baxmayaraq ki, ondan qabaqkı dövrdə də o, Azərbaycanda idi, Naxçıvanda idi,- biz Bakıya gəlməsi ilə bağlayırıq. Azərbaycanda gərginlik vardı, vəzifə, hakimiyyət uğrunda mübarizə gedirdi. Bu gərginliyin qarşısını kim isə gəlib almalı idi. Bu yeganə şəxsiyyət də Heydər Əliyev idi. Onun Bakıya qayıdışı, Ali Sovetin sədri, sonralar isə xalq tərəfindən Prezident seçilməsi onunla nəticələndi ki, Azərbaycanda bu gün sabitlik yaranmışdır.

İLYAR QILICOV \Milli Məclisin deputatı\ : Hər bir xalqın taleyində unudulmaz tarixi günlər var. Azərbaycanın qədim tarixi belə günlərlə zəngin olsa da, bunların arasında 15 iyun 1993-cü il öz əhəmiyyətinə görə xüsusilə seçilir. Bu gün yaxın tariximizin ən şərəfli səhifəsidir. Bu gün təkcə xalqın ürəyində özünə əbədi sevgi-məhəbbət qazanan bir milli liderin xalqın tələbi, təkidi ilə yenidən hakimiyyətə qayıdışı deyil. Bu gün milli dövlətçiliyimizin, müstəqilliyimizin qurtuluşudur.

1993-cü ilin iyun hadisələrinin gərgin, qorxunc, qanla, qırğınla müşayiət olunan anlarını hamımız yaşamışıq. Ölkə çıxılmaz bir tənəzzülə uğramışdı. Artıq qardaş qanı tökülərək, vətəndaş müharibəsi başlanmışdı. Cəbhə-Müsavat hakimiyyəti tam iflasa uğramışdı, gözdən düşmüş, xalqın nifrətinə, qəzəbinə səbəb olmuşdu. Bu iqtidarın nümayəndələri ölkəni, milləti taleyin ümidinə buraxıb, qaçaraq küncdə-bucaqda gizlənmişdilər. Surət xofundan elə qorxmuşdular ki, canlarının hayından başqa heç nə və heç kim haqqında düşünmürdülər. Elə bil, meydanlarda ağızdolusu danışıb, özlərini az qala qəhrəman kimi təqdim edən onlar deyildilər.

 

Bu meydan qəhrəmanlarının miskin, rəzil simaları xalqda nifrət doğurmuşdu. “Xalq Cəbhəsi”, “Müsavat” sözləri özlərini bəy adlandıranların qorxaq, naşı, biabırçı hərəkətləri ucbatından xoşagəlməz bir ifadəyə çevrilmişdi. Pənah Hüseynov, İsa Qəmbərov məsuliyyətdən qaçaraq, istefa verib yaddaşlardan unudulmağa çalışırdılar. Cəbhə-Müsavat hakimiyyətinin qalan üzvləri də eyni ilə gizlənir, səslərini çıxarmağa cəsarət tapmırdılar. Ölkə uçurum qarşısında idi. İnsanlar ümidsizliyə qapılmışdılar. Belə bir vaxtda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi insanların sabaha olan inamını, ümidini özlərinə qaytardı. Milli dövlətçiliyimizin qəddini düzəltdi. Neçə vaxt qanla, qada ilə oynayan, bir-biri ilə topların, mərmilərin dili ilə danışan qızmış başlara da soyuq ağılla düşünmək təcrübəsi gətirdi.

Azərbaycana qarşı saysız-hesabsız təxribatlarından əl çəkməyən bəzi qonşu dövlətlərin qara qüvvələri də ehtiyatlı davranmağa başladılar.

Azərbaycanı sevənlər də, sevməyənlər də, dost da, düşmən də xalqın bu seçimini razılıqla qarşıladı. Çünki daim xalqa arxalanan, xalqı özünə arxa-dayaq bilən Heydər Əliyev şəxsiyyəti ilə razılaşmamaq mümkün deyildi. Çünki insanların təfəkküründə Heydər Əliyevin adı Azərbaycanla qoşa, həmahəng həkk olunubdur. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan düşünülür.

Mən özüm uzun müddət Rusiyada oxuyub-işləyən adam kimi daim bunun şahidi olmuşam. 1987-ci ildən başlayaraq Azərbaycanın düçar olduğu bütün məhrumiyyətlər, hər şeydən öncə, məhz onun nəticəsi idi ki, Azərbaycan Əliyevsiz qalmışdı. 1983-cü ildən 1993-cü ilə qədər Azərbaycanda bir-birini əvəz edən rəhbərlər siyasi xadim kimi Heydər Əliyev əzəmətinin kölgəsində görünməz olmuşdular. Ona görə də heç vaxt nə xalqın dəstəyini qazana bildilər, nə də nüfuz sahibi oldular.

Cənab Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizdə yeni mərhələ idi. İngiltərənin tarixində Çörçill, Fransanın tarixində de Qoll, Türkiyənin tarixində Atatürk missiyası Azərbaycanda Heydər Əliyevin taleyinə yazılmışdı. Ötən 9 il sübut etdi ki, xalqımız öz seçimində tarixi bir müdriklik göstərmişdir. Cəbhə-Müsavat iqtidarından miras qalmış dağıdılan, parçalanan bir məmləkətdə inkişafın, tərəqqinin əsası məhz Heydər Əliyev dühası, Heydər Əliyev zəkası ilə qoyuldu. Müstəqilliyi dönməz, əbədi olan bugünkü Azərbaycan yarandı.

 

CAVİD MƏMMƏDOV \İqtisad Üniversitetinin tələbəsi\: O dövrdə Azərbaycanın taleyi sual altında idi. Ölkəmiz süqut, tam diz çökmək ərəfəsində idi. Belə ağır, böhranlı vəziyyətdən ölkəni xilas etmək, onu məhv olmaq təhlükəsindən qurtarmaq, yaşatmaq, Azərbaycanı bu xaosdan çıxarmaq missiyası cənab Heydər Əliyevin üzərinə düşürdü. O, bu missiyanı böyük dövlətçilik təcrübəsinə arxalanaraq qətiyyətlə yerinə yetirdi.

1993-cü il iyun hadisələrinə bu gün nəzər salarkən fikirləşməliyik ki, biz nədən qurtardıq? Bu sualın cavabını hamımız yaxşı bilirik. İlk növbədə böyük fəlakətlər törədə biləcək vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkəmiz dağılmaqdan, parçalanmaqdan qurtardı. Əgər cənab Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmasaydi, bəlkə də mən bu gün Pezident təqaüdçüsü kimi Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almazdım. 15 iyun Qurtuluş günü olmasaydı, ölkəmizin adı dünya xəritəsindən silinəcəkdi.

Onu da demək istəyirəm ki, ölkəmizin rəhbəri Heydər Əliyevin İqtisad Universitetinə gəlişi biz gənclərə Prezidentimizin etimadıdır. Azərbaycanın sabahına, gələcəyinə etimadıdır.

ƏLİ HƏSƏNOV\baş nazirin müavini\: Heydər Əliyevsiz Azərbaycan dövrünü biz yaşamışıq. 1988-1992- illər dövrü respublikamıza nə verdi - onun şahidi olduq. Ermənistan ərazisində yaşayan azərbaycanlılar son nəfərinə qədər oradan qovuldu. Dağlıq Qarbağın ərazisində yaşayan soydaşlarımız qovuldu, Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildi. Əliyevsiz dövrün acı nəticələrini biz belə gördük. O vaxt vurulan zərbələri, yaraları 10 ildir ki, tam sağaltmaq mümkün olmamışdır.

Cənab Heydər Əliyev olmasaydı, bugünkü əmin-amanlıq, iqtisadi dirçəliş, idarə edilən dövlət olmayacaqdı. Azərbaycanın beynəlxalq aləmdəki bugünkü nüfuzu, beynəlxalq aləmin ölkəmizə diqqəti olmayacaqdı. Mən hesab edirəm ki, Heydər Əliyevin ötən 10 ildə etdiklərindən bütün Azərbaycan dövləti bəhrələnir. Hətta mən deyərdim ki, Heydər Əliyevin qayıdışından müxalifət daha çox bəhrələnir. Çünki Heydər Əliyev bu ictimai-siyasi sabitliyi yaratmasaydı, Azərbaycan dövləti öz müstəqilliyini möhkəmləndirməsəydi, beynəlxalq aləmdə bu cür nüfuzumuz olmasaydı, demokratik şərait yaradılmasaydı, ölkəmizdə müxalifət bu qədər partiya yarada bilərdimi? Bu qədər qəzet olardımı?

Burada bir amil də var. Təbii ki, şəxsi nüfuzu, dövlətçilik təcrübəsi ötən dövr ərzində dövlət çevrilişlərinin, vətəndaş müharibəsinin qarşısını almağa Heydər Əliyevə imkan verdi. Dövlətimizin başçısının ölkəmizin neft strategiyasını nə qədər düzgün qurduğu bizə hələ indi məlum olur.

Hesab edirəm ki, cənab Heydər Əliyev sabit Azərbaycan dövlətini qurmaqla, ölkədə əmin-amanlıq yaratmaqla bərabər, respublikamızda kadr sabitliyi də yaratmışdır. Mənə belə gəlir ki, bizim ictimaiyyət, ümumiyyətlə, bu məsələyə kifayət qədər fikir vermir, bununla əlaqədar müzakirəlr aparmır. Heydər Əliyev sabit dövlətlə yanaşı, sabit Azərbaycan hökumətini də qurdu. Qonşu dövlətlərdəki vəziyyəti görürük. Az qala ildə bir hökumət dəyişir, biri istefaya gedir, kadrlar tez-tez dəyişir. Bunun nəticəsində həmin ölkələrdə iqtisadi proseslər pozulur, inflyasiyası baş verir. Lakin Azərbaycanda bu, baş vermədi. Bu da bu cənab Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinin nəticəsi idi.

Heydər Əliyevin bu qayıdışı bütünlükdə Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına, xalqımızın rifahının gündən-günə yaxşılaşmasına xidmət edir.

HÜMMƏT QULİYEV\iqtisadçı:/ 1993-cü ilə qədər bir quumun rəhbəri olaraq, həm də fərdi şəxs kimi çox əziyyətlər çəkdik. Mən Sumqayıtda biznes mərkəzinin rəhbəri kimi də böyük cətinliklərlə üzləşmişdim. Cənab Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin dayaqlarından biri olan sahibkarlar təbəqəsi təşəkkül tapmağa başladı. Sosialist şəhəri olan Sumqayit sahibkarlıq yolunda uğurlu addımlar atmağa başladı.

Möhtərəm Heydər Əliyevin Bakıya qayıdışından sonra sahibkarlar dövlət tərəfindən qayğı hiss etdilər. Sahibkarlar belə hesab edirlər ki, cənab Heydər Əliyev onların dayağı, himayədarıdır. Dövlətimizin başçısı sahibkarlarla görüşlərində, özünün çıxışlarında bunu dəfələrlə bəyan etmişdir.

Cənab Heydər Əliyevin sahibkarlarla hər görüşü fəaliyyətimizdə yeni mərhələ olmuşdur. Son 9 ildə Sumqayıtda 9 min iş yeri açılmışdır. Bu şəhərdə 800 sahibkar hüquqi, 5200 sahibkar isə fiziki şəxs kimi fəaliyyət göstərir. Bu gün Sumqayıt büdcəsinin gəlirinin 36 faizini sahibkarlar verirlər. İqtisadiyyatımızda olan bütün müvəffəqiyyətlər bilavasitə möhtərəm Prezidentimizin qayğısı və himayəsi nəticəsində baş vermişdir.

SƏDAQƏT QƏHRƏMANOVA (Əli Bayramlı şəhər icra hakimiyyətinin başçısı\: Azərbaycanın tarixində bir çox hadisələr olub və onların hərəsinin öz tarixi əhəmiyyəti var. 1993-cü ilin iyununda baş verən hadisələr ölkəmiz üçün bir ibrət dərsidir. Şəxsən mən hər dəfə bu hadisələri xatırlayanda böyük həyəcan keçirirəm.

1993-cü ildə Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi vardı. Yəni Azərbaycan bir dövlət kimi məhvə doğru gedirdi. 15 iyunu biz Qurtuluş bayramı kimi qeyd edirik. Bunu fərəhlə deyirəm, çünki həmin günün bayram eilməsinin təşəbbüskarlarından biri də bizim şəhərin sakinləri olmuşlar. Həmin gün həqiqətən Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qurtuluşu idi. Bunu başa düşmək lazım idi. Bəs, həmin dövrdə nə baş verirdi? Həmin günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi belə demək mümkünsə, ikinci plana keçmişdi. Gəncə hadisələri respublikamızda böyük qorxu, həyəcan yaratmışdı.

Mən Heydər Əliyevin Bakiya dəvət olunması ilə bağlı Milli Məclisin iclaslarında öz ambisiyalarını ortaya qoyan İsa Qəmbərin, Tamerlan Qarayevin hərəkətlərini heç vaxt unuda bilmərəm. Yaxud Ibrahim İbrahimlinin ayağa qalxıb Heydər Əliyevə sual verməsi ki, “Siz təminat verirsinizmi ki, Azərbaycanı bu fəlakətdən xilas edəcəksiniz?” sözlərini mən ara qarışdırmağa xidmət edən hərəkət kimi qiymətləndirirəm.

Bizim hər birimiz, hər bir azərbaycanlı 4 iyun Gəncə hadisələrini dönə-dönə göz önünə gətirməliyik və bugünkü əmin-amanlığa həmin günlərin kontekstində qiymət verməliyik.

APARICI: Bəli, 1993-cü il iyunun 15-i xalqımızın tarixinə Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyevin belə ağır gündə, çətin məqamda yenidən hakimiyyətə qayıdışı böhran məngənəsində olan bir məmləkətin qurtuluşu idi. Dövlətimizin möhkəmləndirilməsi, Azərbaycanın xarici siyasətdəki uğurları, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və iqtisadi dirçəlişimizin təməli məhz o günlərdə qoyuldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər